Azərbaycan Respublikası Milli Məclisinin deputatlarından biri bu ölkənin dünyanın ofşor ölkəsinə çevrilməsini və regionlarda kozinolar açılmasını təklif edib.
AranNews - Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev “Xalq Cəhbəsi” qəzetinə müsahibəsində deyib: “Azərbaycan dünyanın ofşor ölkəsi olmalıdır. Xarici investorlar üçün ölkəmizdə vergi cənnəti yaradılmalıdır. Turizmin inkişafı üçün təcili olaraq regionlarda kazinoların yaradılmasına icazə verilməlidir.”
Qeyd edək ki, kozino, ya həmin qumarxana bekar və məsuliyyətsiz şəxslərin vaxt keçirmək üçün zəhmətsiz gələn pullarla iştirak etdiyi yerdir. Sonda isə bir çox fərdi və ictimai problemlərə səbəb olur.
İslam dinində qumar oynamaq haram sayılır və Mütəal Allah qumarı şərab içmək və bütpərəstlik sırasında bilmiş və onu şeytanın çirkin əməllərindən adlandıraraq buyurmuşdur:
“Ey iman gətirənlər! Şərab da, qumar da, bütlər də, fal oxları da şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız!”
20-ci əsrin əvvəllərində Amerikada qumar zərərli nəticələr verdiyi üçün qadağan edildi. 1931-ci ildə isə yenidən onun bəzi hissələri qanuniləşdirildi və geniş yayıldı.
Kozinolarda vaxtı gizlətmək, pəncərələri bağlamaq, süni işıqdan istifadə etmək, (uduzanın psixoloji yükünü azaltmaq məqsədilə) nağd pul əvəzinə plastik jetonlar işlətmək, qumarbazların daha çox uduzması üçün spirtli içkilər verilməsi və s. kimi kələklərdən istifadə olunur.