Qarabağ münaqişəsinin başlanması və Azərbaycan Respublikası ərazisinin mühüm bir hissəsinin Ermənistan tərəfindən işğal edilməsi, Araz çayının şimal sahilinin sakinsiz qaldığı və burada xüsusi vəziyyət, habelə İranın şimal qonşuluğunda hərbi həssaslıqlar yarandığından illərdir ki, Araz çayı üzərində salınmış tarixi və sərhəd körpüləri üzərindən gediş-gəliş olmamışdır və bu körpülərin çoxu baxımsızlıq üzündən dağılmışdır və əsaslı təmirə ehtiyacı vardır
AranNews – Xudafərin Su Anbarı və Xumarlu şəhəri yaxınlığında iki qədim körpü gözə dəyir. Onlardan biri dağılmaq üzrədir və əsaslı təmirə ehtiyacı vardır. Digəri isə təmir olunub və istifadəyə yararlıdır. Bu körpünün uzunluğu 160 metrdir. Onun 120 metri İrana, qalanı isə Azərbaycan Respublikasına aiddir. Sözügedən körpü Araz çayı üzərində ən dar keçid sayılır.
Xudafərin körpüləri Azərbaycanın iki hissəsi, yəni Qaradağ və Qarabağ arasında salınmışdır. Bir-birindən 800 metr məsafədə yerləşən körpülərin iki ağızlığı vardır və çayın ən ensiz hissəsində qurulmuşdur.
Bu iki körpü mühəndislik və memarlıq baxımından bir-birindən fərqlənir. Ən qədim körpünün üçdə biri 1828-ci ildə imzalanmış Türkmənçay müqaviləsindən sonra hər iki sahilə birləşən hissədən partladılmışdır.
Tarixi mənbələr və arxeoloji sübutlardan əldə edilən məlumatlara görə, qədim vaxtlardan müxtəlif dövrlərdə Araz çayı üzərində bir sıra körpüləri salınıb. Onlardan ən qədimi eramızdan qabaq ilk minilliyin əvvəllərinə aiddir. Xudafərin adlanan körpünün adı ilk dəfə təqribən 740-cı hicri qəməri ilində Həmdullah Mustovfinin “Nəzhətul-qulub” kitabında gəlmişdir.
Daş körpüdən aşağıda bişmiş kərpicdən hörülmüş digər bir körpü də vardır. Çayın bu hissəsi enli olduğundan körpünün uzunluğu və aşırımlarının sayı çoxdur. Bu körpünün uzunluğu 200 metr, eni 4,5 metrdir və 15 aşırımı vardır. Körpü üçün xüsusi dalğaqıranlar yaradılmışdır. Körpüdə işlənmiş kərpiclərin ölçüsündən onun 13-cü əsrdə tikildiyi məlum olur.
Bir sıra tədqiqatçıların fikrincə, daş körpünün süstləşməsindən sonra ikinci kərpic körpü salınmışdır. Bəziləri də iki körpünün tikilməsini gömrük, ticarət və iqtisadi gediş-gəlişləri ilə bağlı olduğunu deyiblər. Digər bir fikir isə budur ki, birinci körpü yardım çatdırmaq və sel zamanı dalğanın gücünü azaltmaq məqsədi daşıyıb, ikinci körpü isə təhlükəsiz gediş-gəlişlər üçün istifadə olunub. Bir-birinə yaxın iki körpü salınmasının səbəblərindən biri də bu ola bilər ki, onlardan birindən insanların gediş-gəlişi və yüklərin daşınması, digərindən isə heyvanların keçməsi üçün istifadə edilib.
Şimali qaravulxana çaydan hündür yerdə tikilib və hal-hazırda əhali arasında Qız Qalası adlanır. Cənubi qaravulxana da daş körpü ilə üzbəüz və çox möhkəm inşa edilib.
İran və Arazın o tayının acılı-şirinli hadisələrinə şahid olan bu körpülər həm də dostluq və bağlılıq körpüsü kimi tanınır. Bu üzdən böyük körpü 1858 saylı (İslamın ilk əsrləri) və kiçik körpü 1859 saylı (Səfəviyyə dövrü) sənədlə 24 fevral 1998-ci ildə milli əsərlər siyahısına salınmışdır.
Qeyd edək ki, SSRİ-nin parçalanmasından qabaq və sonra İran və Arazın şimal hissəsinə hakim dövlətlər arasında əkinçilik və elektrik stansiyaları məqsədilə Araz çayı üzərində su anbarları tikilməsinə aid müqavilələr bağlanmışdır. Bu əsasla müxtəlif sahələrdə tikinti əməliyyatları, o cümlədən su anbarlarının inşasına kömək məqsədilə bir sıra körpü və və yolların salınmasına başlandı. Onlardan bəzilərinin açılışı da oldu. Lakin Qarabağ münaqişəsinin başlanması və Azərbaycan Respublikası ərazisinin mühüm hissəsinin Ermənistan tərəfindən işğal edilməsi ilə bu körpülər istifadəsiz qaldı, Arazın şimal hissəsində xüsusi vəziyyət yarandığı və sakinsiz qaldığından, habelə İranın şimal qonşuluğunda hərbi həssaslıqlara görə, illərdir ki, yuxarıda sözügedən körpülər üzərindən gediş-gəliş olmamışdır. Bu körpülərin çoxu baxımsızlıq üzündən uçub-dağılıb və əsaslı təmirə ehtiyacı vardır.