28 il bundan əvvəl 8 may 1992-ci ildə Ermənistan ordusu Şuşa şəhərini işğal edərək 500 nəfərə yaxın günahsız insanı qətlə yetirdi, 300 dini, tarixi və mədəni binanı dağıtdı və 22 mindən çox Azərbaycan vətəndaşı öz yurdlarını tərk etməyə məcbur oldu
AranNews – Ermənistan ordusu 8 may 1992-ci ildə qədim Şuşa şəhərini işğal etdi. Vəhşicəsinə işğal zamanı 500 nəfərə yaxın günahsız insanı qətlə yetirdi və 22 mindən çox Azərbaycan vətəndaşı öz yurdlarını tərk etməyə məcbur oldu.
Təcavüzkar işğalda ermənilər 300 dini, tarixi və mədəni binanı tamamilə dağıtdılar.
Qeyd edək ki, Qarabağın işğalından 28 il ötür və hələ də işğal altında qalmaqdadır. İslam torpağının bu hissəsinin azad olunması üçün bir çox yollardan istifadə olunmasının mümkünlüyünə baxmayaraq, onun azad olunması üçün əmələn heç bir ciddi addım atılmır. Şuşa şəhəri və Qarabağın digər rayonları azad olunmasını gözləyir.