Mayın 9-da Milli Şuranın Koordinasiya mərkəzinin üzvü, rejissor Eldəniz Quliyev bir qrup polis tərəfindən saxlanılıb.
Arannews-Bu barədə vetenugrunda.az-a açıqlama verən ziyalı bildirib ki, onu ofisindən çıxarkən tutublar: "Ofisdən çıxarkən iki nəfər mülki geyimli polis tərəfindən saxlanılaraq Nəsimi RPİ-nin 20-ci polis bölməsinə aparılıb: "Yaşıma görə inzibati həbs cəzası düşmədiyindən, protokol tərtib edildi və mən 100 manat cərimə olundum".
Eldəniz Quliyev cərimənin qeyri-qanuni olduğunu bildirib.