Tarix : 2020 May 12
Kod 59708

Şuşanın işğalının ildönümü manasibətilə

Şuşaya xəyanət etməklə sona qədər müqavimət göstərən İranı Qarabağ böhranından uzaqlaşdırdılar.

8 may hamının qayıtmaz olduğuna inandığı bir hadisəni xatırladan gündür. Şuşanın süqutu İranı Qarabağ böhranından uzaqlaşdırmaq üçün verilən baha idi ki, beləliklə Tehran müzakirələri bu böhranın tarixindən silinsin, İranın Qarabağa yardım əli kəsilsin
AranNews “Anac”-a istinadən – 8 may Şuşanın anım günüdür. Zahirən hamının qayıtmaz olduğuna inandığı bir hadisənin anım günü. Şuşanın süqutu İranı Qarabağ böhranından çıxarmaq üçün verilən baha idi ki, beləliklə Tehran müzakirələri bu böhranın tarixindən silinsin, İranın Qarabağa yardım əli kəsilsin.
Minsk qrupunun uğursuzluqlarının ardınca bu günlər Qarabağ böhranının hər iki tərəfi dodaqlarında təbəssümlə Təl-Əvivə üz tutub. Bu özü üzərində dayanılası məsələdir. Sionist rejimin Qarabağ mövzusuna daxil olması Nərimanovun Bakıya daxil olmasına bənzəyən bir məsələdir. Qarabağın azad olunmaq üçün islamçılara ehtiyacı vardır. Bu isə müqavimət cəbhəsinin genişlənməsi və konflikt tərəflərinin israilə çevrilməsi, yəni Artsax muxtar respublikası səmtinə hərəkət.
Şuşa simvol şəhəridir. Pənahəli xan Cavanşirin 1129-cu günəş ilində tikdiyi Pənahabad sonralar Şuşa oldu. Üzeyr Hacıbəyov, Xurşidbanu Natəvan, Xan Şuşinskinin doğulduğu, Molla Pənahın dəfn edildiyi yer.
Şuşa çox mühümdür. Ermənilər kilsəsinə, müsəlmanlar Cümə məscidinə təkid edirlər. Tarixə görə, Qarabağ və İrəvanın sakinləri müsəlmanlar olub. Yəhudilərin ayaq basdığı hər yerdə təzə xəritələr peyda olur və Şuşa Cümə məscidi, Süleyman məbədi və Əqsa məscidi hekayəsi yaşanır.
Sionistlər bu arada konflikt tərəflərini özlərinə tərəf çəkirlər.
Ötən il Sarkisyan dedi ki, Şuşanı Azərbaycan Respublikasında daxili sabitsizlik sayəsində qazanıblar və bu uğur ermənilərin Qarabağ müharibəsində qələbəsinə şərait yaradıb. 1992-ci ildə Azərbaycanda prezident səlahiyyətlərini icra etmiş Yaqub Məmmədov bir müddət əvvəl ordunun Şuşanı ermənilərə təslim etməsini, əsgərlərin müqavimət göstərmədən döyüş cəbhəsindən qaçmasını, beləliklə strateji Şuşa şəhərinin süqut etməsini əks etdirən videogörüntü paylaşmışdı.
Şuşa, Məmmədovun təyyarəsi Tehrana enəndə süqut etdi. Çünki İran Qarabağı konfliktin müsəlman tərəfinə aid bilirdi. Bu da İranın oyundan çıxarılmasına səbəb oldu.
İran Qarabağ böhranından qırağa qoyuldu və Türkiyə onun yerində oturdu. Alnında erməni soyqırımı ittihamı var idi və bu böhranda onu yuya bilərdi. Türkiyəni Minsk qrupuna salmadılar, lakin Qarabağ böhranının tarixi tərsinə yazıldı. Bakı və İrəvan universitetləri hələ də Stalin ənənəsi üzərindədir və tarix düzəldir. Təl-Əvivin beyin otaqları əfsanəvi ərazilərin xəritəsini çap edən çapxanalardır.
İranı məkrlə Şuşadan, həqiqətdə Qarabağ tarixindən çıxartdılar ki, Azərbaycanın gəncləri bilməsin nə oldu, Qarabağın başına nə gəldi, Qarabağın itirilməsinə görə İranın ürəyinin necə parçalandı. Sonda İran Qarabağın işğal edilməsində ittiham olundu. Amma yox! Yox, qardaş belə deyildi. İran mərdliklə və sona qədər Qarabağın, bu İslam torpağının yanında dayandı. Lakin sanki Qarabağın azad olunması çoxlarının zərərinə idi və zərərinədir!
  • Yazılıb
  • da (də) 2020 May 12
  • Göndərən جهان کمالی