İran Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi general Baqiri: “Nur peykinin qüdrət nümayiş etdirməsi güc balansını İran xalqının xeyrinə dəyişməklə yanaşı, inqilab və quruluşun düşmənlərini kəşfiyyat sahəsində aşkar məğlubiyyətə uğratdı.”
AranNews – Silahlı Qüvvələrin Baş Qərargahının rəisi İslam İnqilabı Keşikçilər Qvardiyasının (SEPAH) Nur peykini uğurla orbitə buraxmasını elmi, texnoloji və əməli dəstəyə söykənən diqqətli proqram və layihələrin nümunəsi adlandıraraq deyib: “Daxili bacarıq əsasında hazırlanmış Nur peykinin qüdrət nümayiş etdirməsi güc balansını İran xalqının xeyrinə dəyişdirən bir amildir. Bu böyük və tarixi nailiyyət göstərdi ki, geriyə sayım balansında İran xalqı amerikalıların hərtərəfli sanksiyalarında, insanlıqdan uzaq iqtisadi müharibəsində onları geri çəkilməyə məcbur etmiş, hiddətlənmələrinə və əzab çəkmələrinə səbəb olmuşdur.”