Fəzilətlə dolu qədr gecələrinin birinci gecəsinin əhya mərasimi İslami İranın mömin xalqının iştirakı ilə bütün ölkədə keçirilib
Arannews_“aran.irib”un məlumatına görə,Bu il koronavirus pandemiyasına görə, bu mərasim səhiyyə protokollarına riayət və sosial məsafənin saxlanılması ilə keçirilib.
SaharAzeri-nin verdiyi məlumata görə, İmamət və vilayət aşiqləri, mübarək Ramazan ayının 19-na keçən gecə bütün ölkədə məscidlər, təkyələr, hüseyniyyələr və digər dini məkanlarda bir yerə toplaşıb, obaşdanadək Quran qiraət edərək, "Əlqus, Əlqus" deməklə Coşəni-Kəbir duası və böyük ilahi adları zümzümə ediblər.
Mübarək Ramazan ayının 19, 21 və 23-cü gecələri qədr gecələridir, Müsəlmanlar həmin gecələrdə gecədən səhərədək oyaq qalmaq, Quranı başları üzərinə qoymaq, dua edib, Coşəni-Kəbir duasını oxumaqla Allah-Taala ilə raz-u-niyaz edirlər.
Qədr gecəsi elə bir gecədir ki, il boyu heç bir gecə onun fəzilətinə çatmır və ondakı əməl, min aydakı əməldən yaxşıdır və onda insanın ilinin müqəddəratı təyin olunur.
Həmçinin mübarək Ramazan ayının 19-cu gecəsinin səhərçağı Xəvaric qrupundan olan İbn Mulcəm Muradi dünya şiələrinin birinci imamı Həzrət Əli(ə) sübh namazı qılarkən öz zəhərli qılıncını o həzrətin mübarək başına vurdu.
Dünya şiələrinin birinci imamı başından zərbə aldıqdan sonra evdə yatırıldı və iki gün sonra, yəni mübarək Ramazan ayının 21-də şəhid oldu.
Paklıq Əhli-Beyti(ə) məddahları da möminlər ağası, Həzrət Əli(ə)-ə həsr olunmuş növhə və mərsiyələr oxuyublar.
Səhər Azəri telekanalı mübarək Ramazan ayında, xüsusən qədr gecələrində bütün müsəlmanların ibadətlərinin qəbul olunmasını Allah-Taaladan diləyir.