Ayətullah Seyid Həsən Amili Ramazan ayının 19-cu gecəsi etdiyi çıxışda Azərbaycan Respublukasında son media fitnələrinə və bəzi düşmən qüvvələrin sosial şəbəkələrdə düşmənçilik hərəkətlərinə işarə edərək deyib: “Azərbaycan xalqı bizim qardaşlarımızdır və İran İslam Respublikası həmişə Azərbaycan Respublikası xalqına dəstək vermişdir. Ermənilər Qarabağdan çıxmalıdır.”
AranNews – Ayətullah Seyid Həsən Amili Ramazan ayının 19-cu gecəsi Ərdəbil müsəllasında etdiyi çıxışında deyib: “Həzrət Peyğəmbər (s) və İmam Əli (ə) arasında müqayisə olunmaz və vəsfedilməz bir vəhdət var idi. Bu vəhdətin yer üzündə bənzəri yoxdur. Belə ki, Peyğəmbər (s) dəfələrlə öz xüsusiyyətlərini açıqlamış və Əlinin (ə) də həmin xüsusiyyətlərə malik olduğunu buyurmuşdur.”
Ayətullah Amili vurğulayıb: “Əziz İslam Peyğəmbəri (s) dəfələrlə təkid etmişdir ki, qızım Fatimə (ə) mənim sevdiyim, Əli (ə) mənim əzizimdir. Çünki o həzrət Peyğəmbərin (s) yanında yer üzünə höccət olaraq izzətli idi.
Əgər mömin həzrət Əlidən (ə) üz döndərsə, bunun mənası Peyğəmbərdən (s) üz çevirməkdir. Bu dünyada İslamı və Allahın rəsulunu (s) qəbul edən kəsin həzrət Əlini (ə) qəbul etməməsi mümkün deyil.”
İmam cümə İŞİD kimi təkfirçi firqələrin zühurunu dini mərcəiyyət yolundan sapınmağın nəticəsi adlandıraraq deyib: “Cəmiyyətdə vilayət və rəhbərliyin rolu islami cəmiyyətin toxunulmaz vəhdətlə gələcəyə doğru hərəkət etdiyi və düşmənin fitnələrindən qorxusu olmadığı vaxt məlum olur.”
Vəliyyi-fəqihin Ərdəbil əyalətində nümayəndəsi cəmiyyətdə saleh rəhbərliyin roluna da toxunaraq bu haqda İmam Rizanın (ə) hədisini izah edərək deyib: “Şiələrin səkkizinci imamı vahid İslam dininin rəhbərliyinin əhəmiyyəti barədə buyurmuşdur ki, Qiyamət günü insan camiənin rəhbərliyi və vilayət barədə sorğu-suala çəkiləcək və bu sual təsirsiz qalmayacaq. Bizim hamımızdan bu haqda sual olunacaq.”
Həzrət Ayətullah Amili Qədr gecələrinin fəzilətlərinə də işarə edərək deyib: “Qədr gecələrini ehya saxlamaq Aləmlərin Rəbbinin ildə üç dəfə müsəlmanlara verdiyi bir hədiyyədir ki, beləliklə ixlas və çarəsizliklə Allah dərgahına sığınsınlar, dua və yalvarışla öz hacətlərini istəsinlər. Bu gecələrin fəzilətini digər dini gecələr və mərasimlərlə müqayisə etmək olmaz.”
Ayətullah Seyid Həsən Amili çıxışının digər hissəsində Azərbaycan Respublikasında son media fitnələrinə və bəzi düşmən qüvvələrin sosial şəbəkələrdə düşmənçilik hərəkətlərinə işarə edərək deyib: “Azərbaycan xalqı bizim qardaşlarımızdır və İran İslam Respublikası həmişə Azərbaycan Respublikası xalqına dəstək vermişdir. Ermənilər Qarabağdan çıxmalıdır.”
İmam cümə bu nurlu gecə çıxışının sonunda etdiyi dualarda məhbusların azad olunması üçün də dua edib.