Bu yazını keçən gün daha bir dəfə həbs olunmasından xəbər tutduğum keçmiş həbs yoldaşım Əfqan Sadıqova həsr edirəm.
Bismillahir-rəhmanir-rəhim
Arannews-Maide.az Xəbər verir ki:Bu yazını keçən gün daha bir dəfə həbs olunmasından xəbər tutduğum keçmiş həbs yoldaşım Əfqan Sadıqova həsr edirəm. Əfqanla ilk tanışlığım 2017-ci ilin yayında hər ikimiz Şirvan apelyasiya məhkəməsinin məhkəmə öncəsi saxlama kamerasında olduğumuz zaman baş tutmuşdu. Əfqan haqqında ilk təssürat formalaşmaq üçün insana çox yox, cəmi 10 dəqiqə kifayət edirdi. Bu qısa zamanda artıq qənaət ortada: Əfqan millətini sevir, dərdlərini görür, başa düşür, dərman etmək istəyindən dilə gətirir, işıqlandırır. Xalq ədəbiyyatında deyildiyi kimi;
dərdlidə təqsir deyil, dərd onu dilləndirər.
Bu 10 dəqiqəlik görüşdən bu qənaətə gəldim: Əfqan eybəcərliklərin həcmi qarşısında özünü çarəsiz görür, əsəbləri tarama çəkilir, alışır, coşur. Budur, Əfqan od püskürür. 17 saylı cəzaçəkmə müəssisəsinə göndərildiyim zaman artıq Əfqan orada idi. Onun həbs müddəti bitən günə qədər bütün məhbuslar Əfqanı 3 xüsusiyyətlə yadda saxladı: 1. Gördüyü heç bir haqsızlıqla barışmayan və susmayan. 2. Məhbuslar arasında "Balanda" adıyla tanınan (müəssisənin dustaqlar üçün hazırladığı) yeməklə qidalanan. 3. Qələmini heç vaxt bir saatlıq belə əlindən yerə qoymayan bir şəxs. Amma bu 3 xüsusiyyət məhbuslar üçün hansı anlamı ifadə edirdi? 1. Əfqan gördüyü çirkinliklərlə barışacaq qədər vicdansız və onlara susacaq qədər laqeyd deyil. 2. O, məramından vaz keçməklə yağlı yeyəcək və şirin içəcək qədərində rəzalətlərə enəcək birisi deyil. Əksinə öz halal çörəyinə kifayətlənərək ən çətin durumda olsa belə, minimum həyat şəraitinə dözəcək bir iradə sahibidir. 3. Əlində gəzdirdiyi və yerə qoymadığı qələmi isə, "yaşadıqlarıma rəğmən səni buraxmadım"-deyən adamın yola davam mesajını verirdi. 17 saylı cəzaçəkmə müəssisəsində məhbusların sayı çox deyil, 1000 nəfərə yaxındır. Nəzərə alsaq ki, ümumi tipli cəzaçəkmə müəssisələrində nisbətən həbs müddəti az olan məhbuslar yerləşdirilir, bu səbəbdən dayanmadan dolub boşalır. Nəticədə bir insanı neçə il ərzində minlərlə insan görür, tanıyır və onun necə bir insan olduğuna əyani şahid olur. DEMƏLI, ƏFQANI TANIYANLAR TANIYIR!. ƏFQAN! sən məhz belə birisisən. Buna sübut: O, MİNLƏRİN ŞAHİDLİYİ.