Fəzilətlə dolu qədr gecələrinin 3-cü gecəsinin əhya mərasimi koronavirusun yayılmasının qarşısını almaq məqsədilə səhiyyə protokollarına riayətlə bütün İslami İranda keçirilib.
Arannews-SəhərAzəri xəbər verir,İmamət və vilayət aşiqləri dünən gecə, mübarək Ramazan ayının 23-cü gecəsində məscidlər, təkyələr, hüseyniyyələr və digər müqəddəs məkanlarda bir yerə toplaşıb, obaşdanadək Quran oxumaq, Əlqəus-Əlqəus deməklə, Coşəne-Kəbir duasını və böyük ilahi adlrı zümzümə ediblər.
Mübarək Ramazan ayının 19, 21 və 23-cü gecələri qədr gecələridir və müsəlmanlar bu gecələri oyaq qalmaq, Quranı başları üzərinə qoymaq, düalar, o sıradan Coşəne-Kəbir duasını oxumaqla Allahla razu-niyaz edirlər.
Qədr gecəsi il boyu bütün gecələrdən daha fəzilətli gecədir, ondakı əməl min ayın əməlindən üstündür və onda insanın il boyu olan müqəddəratı müəyyən edilir.
Səhər beynəlxalq telekanalı bütün dünya xalqlarına sağlamlıq arzu edib, müsəlmanların mübarək Ramazan ayında, xüsusən 3-cü qədr gecəsindəki ibadətinin qəbul olunmasını Allah-Taaladan diləyir.