İran Fələstində virtual səfirlik açır.
Arannews-Maide.Az xəbər verir ki, İran parlamenti bu gün “sionist rejimin sülh və sabitlik əleyhinə düşmənçilik addımları ilə mübarizə” qanununu təsdiqləyib.
Həmin qanuna uyğun olaraq, ölkənin bütün qurumları ölkənin siyasətlərinə uyğun olaraq özlərinin regional və beynəlxalq potensialından istifadə edərək işğalçı İsrail rejiminin Fələstin xalqına qarşı cinayətləri ilə mübarizə aparmalı, müsəlman ölkələr və İran sionist rejimin bölgədə və dünyada dağıdıcı rolunu ictimaiyyətə çatdırmalı, bu rejimin terror hərəkətləri, elektron müharibəsi, dinc sakinlərə qarşı ağır və qadağan olunmuş silahlardan istifadəsi, Fələstin xalqının mühasirəsi, şəhərciklərin tikilməsi, fələstinlilərin köçürülməsi, işğalçı rejimin Suriya, Livan və digər işğal olunmuş ərazilərdəki cinayətləri ilə mübarizə aparmalıdır.
Bundan başqa həmin qanuna uyğun olaraq ölkənin Xarici İşlər Nazirliyi 6 ay müddətində İran İslam Respublikasının Fələstində virtiual səfirlik və ya konsulluğunu yaratmalıdır.