Azərbaycan Respublikasında bizim qardaşlarımızın “Qüds Həftəsi” adlı fəaliyyəti dəyərli bir işdir. İmam Xomeyninin Qüds Günü elan etməsi təkcə bir gün deyil, il boyu Qüdsün azadlığı barədə düşünəyimiz üçün bir kod idi.
AranNews – Azərbaycan Respublikası mədəni fəallarının təşəbbüsü ilə keçirilən “Qüds Həftəsi” münasibətilə “Sionist rejimin süqutu və Qüdsün gələcəyi” adlı konfrans baş tutub. Konfransda İslami Cihad Hərəkatının təmsilçisi Nasir Əbu Şərif çıxış edib.
Əbu Şərif deyib: “Fələstin xalqı coşqun və mübariz bir xalqdır və daim işğal edilmiş torpaqlarını azad etmək ardıncadır. Fələstin xalqı heç vaxt bu mübarizədən yorulmayıb. Biz Azərbaycan xalqını müqavimətçi və islamçı bir xalq kimi tanıyırıq. Buradan Azərbaycan xalqına deyirəm: Siz Fələstin xalqına dəstək verdiyiniz kimi Fələstin xalqı da sizə dəstək olacaq. Bütün müsəlmanlar Fələstin torpaqlarının azad olunması üçün təlaş etməlidir. Biz Qüdsün azad olunmasında Azərbaycan xalqının rolunu az bilmirik.”
Nasir Əbu Şərif İslam müqavimətinin böyük şəhidi general Qasim Süleymaninin hədəfi barədə deyib: “Hacı Qasim harada olsaydı son hədəfi Qüdsü azad etmək idi. İraqda olsaydı Qüdsü düşünürdü, Suriyada olsaydı Qüds barədə fikirləşirdi. İslam ölkələrinin harasında olsayda son hədəfi Qüdsü azad etmək idi.”
Fələstin İslami Cihad Müqavimət Hərəkatının nümayəndəsi vurğulayıb: “Azərbaycan Respublikasında bizim qardaşlarımızın “Qüds Həftəsi” adlı fəaliyyəti çox dəyərlidir. İmam Xomeyninin Qüds Günü elan etməsi bizim təkcə bir gün deyil, il boyu Qüdsün azadlığı barədə düşünəyimiz üçün bir kod idi.”
Fələstin və Ermənistanın işğalı altında olan Qarabağın oxşar vəziyyət yaşadığını bildirən müqavimət cəbhəsinin təmsilçisi deyib: “Həm Fələstin, həm də Qarabağ qeyri-müsəlmanların əli ilə işğal edilib və bizim dərdimiz eynidir. İşğalçılar zor gücü ilə İslama torpağına, Azərbaycana və Azərbaycan xalqına aid olan ərazini işğal ediblər. Fələstinin də dərdi budur və bizim ərazilərimiz imperialist qüvvələr tərəfindən işğal edilib.”
Əbu Şərif vurğulayıb ki, Qarabağ İslam torpağıdır və Azərbaycana, onun xalqına aiddir və Azərbaycana qayıtmalıdır, orada azərbaycanlılar yaşamalıdır. Azərbaycanlı olmayanların Qarabağda hüzurunu qəbul edə bilmərik.
İslami Cihad Hərəkatının təmsilçisi çıxışının davamında deyib: “Qarabağ müharibəsində biz fələstinlilər davamlı olaraq bu məsələni izləyirdik və Fələstin xalqı bu müharibədə Azərbaycana dəstək verirdi. Öz bacarıqları çərçivəsində Azərbaycan xalqına dəstəkdə səhlənkarlıq etmirdi. Hal-hazırda atəşkəs elan olunmuşdur və əmələn heç bir hərəkət və fəaliyyət yoxdur. Ona görə də Qarabağın azad olunması üçün əməli bir addım ata bilmirik. Düşmən də bu vəziyyətdən istifadə edərək fələstinlilərlə azərbaycanlılar arasında təfriqə yaratmaq istəyir.”