Tarix : 2020 May 20
Kod 59741

“İsrailin sonu; daxildən parçalanma” kitabının tərcüməsinin təqdimatı olub

Beynəlxalq Qüds Günü ərəfəsində İranda “İsrailin sonu; daxildən parçalanma” kitabının tərcüməsinin təqdimatı olub. Kitabın əsil nüsxəsi Oksford Universiteti tərəfindən çap edilib.
AranNews – Beynəlxalq Qüds Günü ərəfəsində işğal edilmiş ərazilərdə sionist rejimin daxili problemlərinin araşdırılması mövzusunda “İsrailin sonu; daxildən parçalanma” kitabının farscaya tərcüməsinin təqdimatı olub.
Kitab 2017-ci ildə Oksford Universiteti Nəşriyyatı tərəfindən çap olunub. Oksford Nəşriyyatı 500 illik tarixə malikdir və burada elmi, akademik kitablar çap edilir. Oksford həm də dünyada universitet kitabları çap edən ən böyük nəşriyyatdır.
Kitabın müqəddiməsində oxuyuruq:
“İsrail sionist rejimi Fələstin işğal edilən vaxtdan qeyri-təbii və həqiqi dövlət-millət komponentlərinə malik olmayan bir rejim olduğundan bir sıra xarici və daxili təhdidlərlə üzləşmişdir. Bu üzdən onun qalması və davamı barədə sual elə də təəccüblü deyil. Başqa sözlə, bu rejimin digər bir xalqa məxsus torpaqlarda işğalçılıqla qondarılmasından əlavə, öz daxilində istər siyasi sahədə, istərsə də ictimai sahədə çoxlu problemləri mövcuddur və onun həyatının davamını çoxlu müəmmalarla üzləşdirir.
Sionist caminənin zorla bir-birinə yapışdırılmış heterogenliyi ilə yanaşı bir sıra ictimai uçurumlar və parçalanmalar, habelə daxili ziddiyyətləri və işğal edilmiş ərazilərdə kimlik təzadları hal-hazırda bu rejimin davamı üçün ən mühüm problemə çevrilmişdir. Belə ki, Mossadın sabiq rəisi Tamir Pardo bu rejimdə daxili müharibənin baş verə biləcəyi barədə xəbərdarlıq edir.
Başqa sözlə, demək olar ki, Fələstinin İslam ümmətinin, yaxud fələstinlilərin əli ilə azad olunmasından qabaq sionist rejimin ömrü öz daxili böhranlarının vasitəsilə başa çatacaq.”

 
  • Yazılıb
  • da (də) 2020 May 20
  • Göndərən جهان کمالی