Fərqli illərdə islam alimlərinin Qüds Günü münasibətilə dedikləri fikirləri diqqətinizə çatdırırıq
Arannews-islamazeri.com müxtəlif illərdə bəzi islam alimlərinin Qüds Günümünasibətilə çıxışlarından hissələri diqqətinizə çatdırır:
İmam Xomeyni: "Qüds günü İslam günüdür. İslamın dirildilməsi, ona yeni həyat verilməli olduğu gündür. İslamı dirildək, İslamın qanun və hökmlərinin İslam ölkələrində tətbiq olunmasını təmin edək. Qüds günü bütün super güclərə xəbərdarlıq edərək "Artıq bundan sonra İslam, xəbis əlaltılar vasitəsilə sizin təsirinizdə olmayacaq!" deməli olduğumuz gündür. Qüds günü İslamın həyat günüdür, Müsəlmanlar ağıllarını başlarına yığmalı və sahib olduqları bir çox maddi və mənəvi güc və sərvətlərinin fərqinə varmalıdırlar. Müsəlmanlar 1 milyardı aşan topluma sahibdirlər. Allah kimi dayaqları, İslam kimi, iman kimi dayaqları var, niyə qorxsunlar..."
Ayətullah Xamenei: “Qüds Gününü qeyd etmək sadəcə evlərindən çıxarılmış məzlum bir xalqın müdafiə edilməsi üçün deyil. Qüds Günü qlobal imperializmlə mübarizənin simvoludur: Bu gün Fələstini müdafiə etmək Fələstin məsələsindən çox daha böyük bir həqiqəti müdafiə etmək deməkdir. Bu, sionist rejimə qarşı mübarizə, imperializmlə mübarizə mənasına gəlir. Buna görə də amerikalı siyasətçilər bu hərəkətləri düşmənçilik hesab edirlər”.
Ayətullah Nuri Həmədani: “Bu gün imam Xomeyninin (r) yadigar qoyduğu bir gündür və Qum xalqı bir daha onun səsinə səs verdilər. Fələstin məsələsi bütün dünyanı əlaqələndirən bir məsələdir və bütün müsəlmanlar özlərini borclu bilməlidirlər. İmam Xomeyninin dediyi kimi, İsrail rejimi məhv olmalıdır.”
Ayətullah Məkarim Şirazi: “Zamanını tanıyan xalqın qəhrəmancasına meydanlara gəlməsi, Sionist rejimin və imperialist qüvvələrin gözünə tikan kimi batır. Müsəlman xalqıları bu yürüyüşlərlə, Fələstin məsələsinin unudulmasına icazə verməyəcəklər. Fələstin azad olanadək müsəlman xalqları daima meydanda qalacaqlar.”
Ayətullah Cənnəti: “Xalqın bu etirazlarda iştirakının düşmənə, xüsusən ABŞ, İsrail və Ali-Səuda mesajı vardır. İran xalqı bu yürüyüşlə sübut etdi ki, daima hegamon rejimlərin önündə, məzlum Fələstin xalqının isə yanındadırlar. Biz islam və əxlaqın göstərişinə əsasən, Fələstin xalqı ilə qardaşıq. ABŞ bilməlidir ki, islam inqilabı ilə Fələstini heç vaxt ayıra bilməyəcəkdir.”
Ayətullah Cavad Amuli: “Qüds, müsəlmanların ilk qibləsidir. Qüdsün zərbə alması, müsəlmanların zərbə almasına səbəb olacaqdır. Buna görə bu məscid qorunmalıdır. Xalqın bu yürüyüşdə iştirakı, müsəlmanların vəhdətinin güclənməsinə səbəb olur. Digər tərəfdən islam ölkələrinə başa salır ki, İsraillə əlaqə qurmaq olmaz.”
Ayətullah Seyid Mahmud Şahrudi: “Bu yürüyüşlərin, İsraillə əlaqələrini düzəldən islam ölkələri üçüçn xüsusi mesajı var. Xalqımız Fələstin xalqını hər bir halda dəstəkləyir. Fələstini dəstəkləyənlər və dəstəkləməyənlər hamıya məlumdur.”
Ayətullah Əmini: “İsrail rejimi, islam ölkələrin qəlbində olan xərçəng şişidir ki, islamı öz yolundan çıxarmaq üçün çalışır. İslam ölkələrində irəli gələn bütün problemlərin başı bu rejimdir. Müsəlman xalqlar bu rejimin hiylələrini anlasınlar. Təəssüf olsun ki, islam ölkələrinin əksəri, bu rejimıə mübarizədə yardımçı olmur. Fələstin və məzlum xalqı, islam dünyasının ən önəmli məsələsidir. Qüdsün azad olunması müsəlmanlar üçün çox önəmidir