Tarix : 2020 May 21
Kod 59746

ATƏT Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünü hazırlayır

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şafer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kaspşiklə videokonfrans formatında görüş keçirib.
Arannews-Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində hazırki vəziyyət və yaxın aylarda, postpandemiya dövründə atılacaq addımlar müzakirə olunub, xəbəri XİN-in mətbuat xidməti yayıb.
Tərəflər pandemiyadan sonra ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün keçiriləcəyi tarixi və yeri dəqiqləşdirmək barədə razılıq əldə ediblər.
turan.az
Səidə Abbasova: "Prezidentə və Birinci vitse-prezidentə müraciət edirəm”
 "Ərim Qarabağ savaşının iştirakçısı olub, döyüşlərdə iki ayağını, bir böyrəyini itirib. Əgər Çingiz Mustafayevin çəkilişlərinə baxsanız, orada Çingizlə yanaşı duran bir könüllü döyüşçü görəcəksiniz. O, həyat yoldaşım Zayəddin Abbasov idi”, - bunu Arqument.az-a Bakının Xətai rayon sakini Səidə Abbasova deyir.
O, Xətai rayonu, M. Hadi küçəsi, ev 71, mənzil 52-də yaşayır. 
Səidə Abbasova deyir ki, Birinci Qarabağ savaşı başlayanda əri Zayəddin Abbasov Rusiyanın Tula şəhərindəki işini atıb ölkəyə qayıdıb və könüllü döyüşə gedib.

Döyüşlərin birində iki ayağını və bir böyrəyini itirən Zayəddin Abbasov sonrakı 26 illik həyatını əlil arabasında keçirib və 2018-ci ildə vəfat edib. 
Dediyinə görə, iki oğlu tələbə, biri isə I qrup əlildir. Buna rəğmən, Qarabağ döyüşçüsünün imkansız və sahibsiz ailəsi uzun illərdir ki, məhkəmə qapılarını döymək məcburiyyətində qalıb. 
Hər yerdən əlinin üzüldüyünü deyən Səidə Abbasova  ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edərək pozulmuş mülkiyyət hüququnun bərpasına yardımçı olmağı xahiş edir. 
"Mülkümüzü ələ keçiriblər”
Səidə Abbasovın sözlərinə görə, həyat yoldaşına məxsus Xətai rayonu, Əhmədli qəsəbəsi, Q. Məmmədov küçəsi, 2944-cü məhəllə, "Avtoserviz və ticarət” müəssisəsinin 7 saylı dayanacağındakı ərazi saxta sənədlərlə başqaları tərəfindən ələ keçirilib. 
O deyir ki, həmin ərazini 2017-ci il 19 iyunda RX seriyalı 1065974 saylı çıxarışa əsasən, torpaq üzərində vərəsəlik hüququ olan İsmayılov Vüsal Atakişi oğlu Bakı şəhər 6 saylı Notariat Kontorunda bağlanmış AN-I 0624179 saylı alqı-satqı müqaviləsi ilə həyat yoldaşı Zayəddin Abbasova 30.000 (otuz min) manata satıb. 

Bundan sonra Zayəddin Abbasov öz adına çıxarış almaq üçün Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin (DƏDRX) 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edib və 23 iyul 2017-ci il tarixdə çıxarışın hazır olması və götürülməsinə dair birka-qəbz alıb. Sənəddə göstrilir ki, həmin alqı-satqı müqaviləsi əsasında sözügedən ərazi DƏDRX-də Abbasov Zayəddinin adına qeydə alınıb.
"Lakin Suraxanı rayon Məhkəməsi tərəfindən 22 iyul 2017-ci ildə həmin avtodayanacağın üzərinə həbs qoyulduğundan mülkiyyət hüququndan çıxarışın Zayəddin Abbasova verilməsi mümkün olmayıb”, - deyir Səidə Abbasova. 
Onun sözlərinə görə, ərazi üzərində həbs 2018-ci ilin dekabrda götürülsə də, torpaq onlara qaytarılmayıb. 
Səidə Abbasova deyir ki, hazırda torpaq üzərində məhkəmə çəkişməsi "R+N Kompani” MMC ilədir. Həmin MMC-nin sahibləri iddia edirlər ki, guya bu ərazini Vüsal İsmayılovun atası, 2015-ci ildə dünyasını dəyişmiş Atakişi İsmayılovdan alıblar. 
""R+N Kompani” MMC durub bizimlə torpaq iddiası edir”
"Amma məsələ elə deyil, bu ərazi Atakişi İsmayılovla Rəhimə İsmayılovanın (Vüsal İsmayılovun valideynləri) birgə nikahı dövründə alınıb, sonralar onlar rəsmən ayrılıblar və Xətai Rayon Məhkəməsinin qərarı ilə ərazi üzərində mükiyyət hüququ Rəhimə İsmayılovaya verilib. Rəhimə İsmayılovanın hüquqi varisi də Vüsal İsmayılovdur ki, vərəsəlik hüququ onun adınadır və həyat yoldaşım torpağı ondan alıb. Təsəvvür edin, Xətai Məhkəməsi 2016-cı ilin 11 avqustunda qərar verib, bir il üstündən keçib, yəni 2017-ci ilin iyul ayına qədər heç bir etiraz edilməyib və sənəd hüquqi qüvvəyə minib. Amma bir neçə il sonra "R+N Kompani” MMC durub bizimlə torpaq iddiası edir və hətta torpağı bizə satan Vüsal İsmayılovun vərəsəlik hüququnu tanımır”, - o bildirir. 
"Apelyasiya Məhkəməsi Xətai Məhkəməsinin qərarını ləğv edib işi onların xeyrinə həll etdi”
"Cənab Prezident, mən Abbasov Zayəddin Əhməd oğlunun vərəsəsiyəm. Vərəsə kimi DƏDRX-in I saylı Bakı Ərazi İdarəsinə həyat yoldaşımın adına olan mülkiyyətin mənim adıma keçirilməsi ilə bağlı müraciət etdim. Oradan mənə göndərilən məktubda həmin ərazinin həyat yoldaşımın adında qeydiyyatda olduğu da qeyd olunub, lakin qarşı tərəf -  "R+N Kompani” MMC Bakı Apelayasiya Məhkəməsinə müraciət edərək, Xətai Məhkəmsininin qərarını ləğv etdirib və  Bakı Apelayasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103) -8779/2017 saylı 18.09.2018-ci ilə qərardadı ilə mülkiyyəti öz adına keçirib”, - Səidə Abbasova qeyd edib. 
 
Səidə Abbasova ölkə başçısına müraciətində deyir ki, qeyd olunan qərardaddan Ali Məhkəməyə kassasiya şikayəti versə də, Apelyasiya Məhkəməsi şikayəti geri qaytarıb, kassasiya şikayətinin geri qaytarılması ilə bağlı şikayət etsə də, Apelyasiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 402-ci maddəsinin tələbini  pozaraq şikayəti Ali Məhkəməyə göndərməyib, eyni zamanda notarius qaydasına həmin əmlakla bağlı vərəsə kimi qeydə alınması üçün müvafiq hüquqmüəyyənedici sənəd verməyib. 
"Apelyasiya Məhkəməsi ilə "anlaşa” bilmədik”
Apelyasiya Məhkəməsinin məsələyə qərəzli yanaşdığını deyən Abbasova bildirir ki, 2017-ci il 19 setyabr tarixli qərarla "R+N Kompani” MMC-nin şikayətini təmin edən məhkəmə həyat yoldaşı Abbasov Zayəddini "vicdanlı olmayan alıcı” kimi qeyd edib. Həmin qərardan isə Vüsal İsmayılov və Zayəddin Abbasov kassasiya şikayəti veriblər. Ali Məhkəmə Vüsal İsmayılovun şikayətini təmin etməsə də, Zayəddin Abbasovun şikayətini qismən təmin edib və onun "vicdanlı olmayan alıcı” kimi qiymətləndirilməsinin yolverilməz olduğu nəticəsinə gəlib. 
Vətəndaş deyir ki, Apelyasiya Məhkəməsinin onlara münasibətinin səbəbi hakim İsmayıl Xəlilovun qərəzindən qaynaqlanır: "Onunla "anlaşa” bilmədik deyə başımıza bu oyun gəldi”, - deyə o bildirir. 
kiyyət hüququmun bərpa olunması ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət etmişəm”
Səidə Abbasova işlə bağlı Konstitusiya Məhkəməsinə müraciət etdiklərini, Bakı Apelyasiya Məhkəməsinin 2(103) -8779/2017 saylı 18.09.2018-ci il, 18.07.2019-cu il və 08.08.2019-cu il tarixli qərardadlarının ləğv edilməsini tələb etdiyini deyir. 
"Prezident və Birinci vitse-prezidentdən bu məsələnin diqqətdə saxlanılmasını xahiş edirəm. Ümid edirəm ki, bizim haqqımız ədalətli şəkildə məhz onların müdaxiləsi olduqdan sonra bərpa oluna bilər”, - deyə o vurğulayır. 
 
  • Yazılıb
  • da (də) 2020 May 21
  • Göndərən جهان کمالی
Açar sözlər