Tarix : 2020 May 21
Kod 59748

Qüds Günü işğal edilmiş dünya müsəlman torpaqlarının işğalına etiraz günüdür

Azərbaycan Respublikasının iki siyasi eksperti İmam Xomeyininin (r) Qüds Günü təyin etməsinin əhəmiyyətindən söz açaraq, sionist rejimin zülmkar siyasətləri və işğalçılığı ilə mübarizə etmək üçün İslam dünyasının vəhdətinin lüzumuna təkid edib.
AranNews – Akif Heydərli çərşənbə axşamı “İRNA” müxbirinə verdiyi müsahibədə deyib: “Qüds Günü həm də dünya müsəlmanlarının işğal edilmiş torpaqlarının işğalına etiraz günüdür. Ona görə də bu büynəlxalq gün bizim üçün xüsusi əhəmiyyət daşıyır.”
A. Heydərli Amerika və beynəlxalq sionizmin son məkirli planına işarə edərək deyib: “İmam Xomeyni (r) rəhbər və uzaqgörən şəxsiyyət kimi İslam dünyası düşmələrinin bu məkirli planlarından xəbərdar idi. Bu üzdən müsəlmanları ayıq və bəsirətli olmağa çağırırdı.”
Siyasi ekspert əlavə edib: “Qüdsün və müsəlmanların digər ərazilərinin işğal olunması ilə mübarizə etmək, dünya imperializminin Suriya, İraq və digər müsəlman ölkələrində məkirli planlarına son qoymaq İslam dünyasının vəhdətini tələb edir. İmam Xomeyni (r) də daim bu məsələyə təkid edirdi.”
A. Heydərli Qüdsün beynəlxalq aləmdə roluna və onun müsəlmanların ilk qibləsi kimi əhəmiyyətinə işarə edərək deyib: “İslam dünyası qəsbkar rejimin Qüdsü qəsb etməsinə imkan verməməlidir.
İmam Xomeyni (r) Qüds Günü elan etməklə Qüdsün azad olunması yolunda müsəlmanların və İslam dünyasının vəzifəsini göstərmişdir. Bu səbəbdən Qüds beynəlxalq günü imperializm və zülmdən azad olunmaq və işğalçılığa son qoymaq üçün mübarizə simvoludur.”
Azərbaycan Respublikasının siyasi eksperti Hacıağa Nuri “Beynəlxalq Qüds Günü” ilə bağlı deyib: “İmam Xomeyni (r) rəhbər və tarixi şəxsiyyət kimi İslam dünyası üçün mühüm ideyalar irəli sürmüşdür. İslam İnqilabı banisinin “Vəhdət Həftəsi” və “Beynəlxalq Qüds Günü” elan etməsi dünya müsəlmanlarının gələcəyi üçün xüsusi əhəmiyyət daşıyır.”
H. Nuri əlavə edib: “Beynəlxalq Qüds Günü bütün müsəlmanların və dünyanın bütün ədalətsevər insanlarının diqqətini sionist rejimin və bu qəsbkar rejimə dəstək verənlərin məkirli planlarına cəlb etdi, təkcə müsəlmanlar deyil, hətta Avropa, Asiya və Afrikada yaşayan qeyri-müsəlmanlar da sionist rejimin işğalçılığına qarşı öz etirazlarını nümayiş etdirdilər.”
Siyasi ekspert Amerika və sionist rejimin Qüdsü tamamilə işğal etmək və Fələstin xalqının müqavimətini qırmaq məqsədilə planlaşdırdığı son düşmənçilik hərəkətləri üzündən İslam dünyasında yaranmış ciddi narahatlıqlara da toxunaraq deyib: “Bütün müsəlmanlar dünya cəmiyyətinin diqqətini Qüds və Fələstin əhalisinin torpaqlarının sionist rejim tərəfindən işğal edilməsinə yönəltmək üçün daha çox təlaş etməlidirlər. Bunun üçün mübarək Ramazan ayının son cümə günü çox önəmlidir.”
H. Nuri deyib: “Beynəlxalq Qüds Günü təkcə Qüdsə aid bir məsələ deyil, bütün dünyada imperialistlərin ədalətsizlik və zülmünə etirazın nümayişidir.”
Koronavirusun dünyanın 210 ölkəsində yayılmasına, 5 milyona yaxın insanın bu virusa yoluxmasına və 320 min nəfərin vəfat etməsinə diqqət etməklə, səhiyyə protokollarına tamamilə riayət etmək məqsədilə bu il Beynəlxalq Qüds Günü ötən illərdə olduğundan fərqli proqramlarla dünyanın müxtəlif ölkələrində keçiriləcək. Bu məqsədlə məzlum Fələstin xalqını sevənlər müxtəlif proqramlar hazırlamışdır və onların çoxu vitural aləmdən istifadə etməklə həyata keçiriləcək.
İranda da ictimai yaddaşların Fələstin mühüm məsələsini və 72 ildir ki, işğal altında olan bu ərazilərdə xalqa edilən zülmləri xatırlaması məqsədilə İmam Xomeyni (r) tərəfindən Beynəlxalq Qüds Günü adlandırılmış mübarək Ramazan ayının axırıncı cümə günü İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Xamenei Beynəlxalq Qüds Gününə təsadüf edən 22 may, saat 12-də çıxış edəcək. Bu çıxış televiziya və radio kanalları vasitəsilə canlı yayımlanacaq.
İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Xamenei Qüds Günü münasibətilə çıxışında Qüds, Fələstin, regionda və dünyada baş verən hadisələr haqqında danışacaq. Bundan sonra müqavimət tarixində dönüş nöqtəsi kimi yeni diskurs formalaşacaq.

 
  • Yazılıb
  • da (də) 2020 May 21
  • Göndərən جهان کمالی