Rusiyanın Ermənistandak sərhəd idarələrinin, həmçinin nəqliyyat obyektlərinin təhlüksəzliyinin təminatı da əsas müzakirə mövzularından olacaq
Armenia Servisi/Aran Agentliyi
Rusiya federal təhlükəsizlik xidmətinin nümayəndə heyəti və Ermənistanın milli təhlüksəzlik xidməti Qafqazda esktremizmlə mübarizə məsələlərini müzakirə edirlər. “Armtoday”in məlumatına görə, bu barədə Rusiya federal təhlükəsizlik xidmətinin ictimaiyyətlə əlaqələr mərkəzi məlumat yayıb. Nümayəndlərin iclası 21-23 iyulda Nijnı Novqorodda keçirilir.
Mənbənin məlumatına görə, görüşdə əsas məsələlərdən biri beynəlxalq terrorizm və digər zorakılıqlara qarşı mübarizə sahəsində əməkdaşlığın gələcək inkişafıdır, həmçinin Qafqazdakı sabitliyi pozmağa çalışan cəhdlərin qarşısının alınması və Soçidə 2014-cü ildə qış Olimpiya oyunlarının keçirilməsi və ya buna hazırlıqlara yaradılan maenələrlə mübarizə də müzakirə ediləcək. Bundan başqa Rusiyanın Ermənistandak sərhəd idarələrinin, həmçinin nəqliyyat obyektlərinin təhlüksəzliyinin təminatı da əsas müzakirə mövzularından olacaq.