Fələstin İslami Cihad Hərəkatının yüksək səviyyəli üzvlərindən biri “Beynəlxalq Qüds Günü” münasibətilə deyib: “İran İslam Respublikası İmam Xameneinin rəhbərliyi ilə İmam Xomeyninin (r) yolunu davam etdirir, Fələstin xalqına və müqavimət hərəkatına dəstək verir.”
Arannews-əhməd əl-Mudəllil deyib ki, İmam Xomeyinin (r) təyin etdiyi Beynəlxalq Qüds Günü Qüdsün İslam və ərəblərə məxsus olmasına, Fələstin məsələsinin ümmətin əsas məsələsi olduğuna təkid edir.
“Əl-Əhd” informasiya mərkəzinin verdiyi xəbərə görə, İslami Cihad Hərəkatının yüksək səviyyəli üzvü Əhməd əl-Mudəllil əlavə edib: “İmam Xomeyni (r) Qüdsün azad olunmasına təlaş edirdi. İran İslam Respublikası İmam Xameneinin rəhbərliyi ilə İmam Xomeyninin (r) yolunu davam etdirir, Fələstin xalqına və müqavimət hərəkatına dəstək verir. Beləliklə, müqavimət hərəkatı döyüş təcrübələri, İranın maddi və hərbi dəstəkləri ilə sionist düşmən üçün mövcudluq dəhşəti yaratmışdır.”
Əhməd əl-Mudəllil bu münasibətlə şəhid sərdar Qasim Süleymaninin də xatirəsini uca tutaraq, onun Fələstin və müqavimət hərəkatına sonsuz dəstəyindən danışıb.
İslami Cihad Hərəkatının üzvü daha sonra deyib: “Fələstin xalqı bu il Qüds Günündə koronavirusa görə, yeni fəaliyyətlə həyata keçirəcək və bu haqda sonradan məlumat veriləcək.”
İslam İnqilabınn Böyük Rəhbəri həzrət Ayətullah əl-üzma Xameneinin bu həftənin cümə günü Beynəlxalq Qüds Günün münasibətilə çıxışına da toxunaraq deyib: “İran Rəhbəri Fələstin və Qüds məsələsinə dəstək verməkdə sabitqədəm olmuşdur və İmam Xamenei işğal edilmiş ərazilərin azad olunması üçün Fələstin xalqının təlaşlarına, Amerikanın fələstinlilərin düşməni olmasına bir daha təkid edəcək.”
Fələstin İslami Cihad Hərəkatının üzvü İslam və ərəb ölkələrindən istəyib ki, kompasın cəhətini İslam və ərəb ümmətinin izzət və kəramət simvolu olan Qüds səmtinə çəksinlər və sionist düşmənlə münasibətləri normallaşdırmağa son qoysunlar.