Tarix : 2020 May 22
Kod 59753

İslam Məzhəblərinin Yaxınlaşması Assambleyasının baş katibi:

İsrailin məhv olmasının yolu vahid İslam ümməti yaratmaqdır

İslam Məzhəblərinin Yaxınlaşması Beynəlxalq Assambleyasının baş katibi qəsbkar sionist rejimin məhv olmasının yolunu vahid İslam ümməti təşkil etməkdə görərək deyib: “Vahid ümmət formalaşdırmaq üçün yeni memarlıq lazımdır.”
AranNews – Redaksiyamızın İslam Məzhəblərinin Yaxınlaşması Beynəlxalq Assambleyasının ictimai əlaqələr bölməsinə istinadla verdiyi xəbərə görə, höccətül-islam vəl-müslimin Həmid Şəhriyari vitural olaraq keçirilən “Beynəlxalq Qüds Konfransı”-nın ikinci günündə sionist rejimini dünyanı məhv edən koronavirusa bənzədərək deyib: “Sionist rejim demokratiyanın əsas təməllərini ayaq altda qoymuşdur və beynəlxalq qayda-qanunların heç birinə əməl etmir.
Qüds Günü İslam dünyası bu rejimin qarşısında dayanmalıdır və bu vəhdətin yeni memarlıq sayəsində formalaşması mümkündür.”
Höccətül-İslam vəl-müslimin Şəhriyari qəsbkar sionist rejimin məhvinin yolunu vahid İslam ümmətinin təşkil olunmasında görərək deyib: “Vahid İslam ümmətinin formalaşması üçün yeni memarlıq lazımdır və hər kəs bu vahid İslam ümmətinin yaradılmasında İmam Xomeyninin (r) ideyalarını izləməlidir, təfriqələri, ayrıseçkiliyi qırağa qoymalıyıq, bütün qruplar və azlıqlar bir-birinin yanında hərəkət etməlidir. Hər bir insana qarşı baş verən hər hansı cinayətlə mübarizə aparmalıyıq.”
İslam Məzhəblərinin Yaxınlaşması Beynəlxalq Assambleyasının baş katibi çıxışının sonunda Fələstin mövzusunu İslam ümmətinin ortaq məsələsi adlandıraraq deyib: “Qüds Günü bütün dünya müsəlmanlarının onda birləşdiyi bir gündür. Bütün İslam cəmiyyətləri Qüdsə zülm edən rejim qarşısında dayanmalıdır.”
  • Yazılıb
  • da (də) 2020 May 22
  • Göndərən امیر ثابت