Tarix : 2008 Jul 22
Kod 5976

Serj Sarkisyan lap sabah müharibəyə hazır olduqlarını bildirib

Azərbaycan və Ermənistan arasında sülh razılaşması olmadan ölkədə azı ki nəfər-prezident və müdafiə naziri lap sabah müharibəyə hazır olmalıdır
Armenia Servisi/Aran Agentliyi
O, üç il əvvəl istifadə etdiyi «Ağdam bizim vətənimiz deyil» ifadəsini bu gün də təsdiqləyib.

«Azərbaycan və Ermənistan arasında sülh razılaşması olmadan ölkədə azı ki nəfər-prezident və müdafiə naziri lap sabah müharibəyə hazır olmalıdır». Bunu Ermənistan prezidenti Serj Sarkisyan deyib. Onun sözlərinə görə, Azərbaycan prezidenti İlham Əliyevlə görüşdən sonra onda belə təəssürat yaranıb ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli imkanları tükənməyib.
Bu gün keçirdiyi mətbuat konfransında jurnalistlər ona xatırladıblar ki, 2005-ci ilin martında (o zaman Serj Sarkisyan müdafiə naziri olub) Ermənistan silahlı qüvvələrinin nəzarətində olan ərazilər barədə danışarkən onların hamısını azad olunmuş hesab etmədiyini bildirib. Serj Sarkisyan həmin çıxışında bildirmişdi ki, birinci Qarabağ savaşı zamanı təhlükəsizlik zolağının yaradılmasının vacibliyini önə çəkmişdi. O, buna misal olaraq, Ağdam rayonunu nümunə gətirmişdi və parlamentdəki dinləmələrdə demişdi ki, «Ağdam bizim vətənimiz deyil». Serj Sarkisyan bu gün də hesab edir ki, yuxarıdakı fikirləri həqiqəti əks etdirir.
  • Yazılıb
  • da (də) 2008 Jul 22