İranın neft tankerlərinin Venesuelada hüzuru digər ölkələri bundan sonra İran kimi öz güc və potensiallarından istifadə edən ölkə ilə münasibət qurmağa cəsarətləndirdi.
AranNews-in “Sputnik”-ə istinadla verdiyi xəbərə görə, İran İslami Şura Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sabiq sədri Hişmətullah Fəlahətpişə İranın Venesuelaya benzin göndərməsi və artıq iki neft tankerinin bu ölkəyə çatması, habelə hər iki ölkənin bu kimi münasibətlərdən faydalanması barədə “Sputnik”-in Tehran müxbirinə açıqlamasında deyib: “İran neft tankerlərinin Venesuelaya çatması, Tramp, Pompeo və Brian Hookun təhdidlərinə baxmayaraq Amerikanın yaratdığı hərbi koridorları keçməsi və neft məhsullarını sağ-salamat Venesuelaya çatdırması, iki sanksiyanı: İrana qarşı sanksiya və Venesuelaya qarşı sanksiyanı qırmaq deməkdir. Bu məsələ beynəlxalq səviyyədə göstərdi ki, amerikalılar öz iddialarının əksinə olaraq müxtəlif sahələrdə, o cümlədən beynəlxalq sanksiyalar tətbiq etməkdə zəifləyiblər.
İran neft tankerlərinin Venesuelaya çatması, onun sanksiyalardan yayınmaq mərhələsini adlayaraq sanksiyaları açıq-aşkar şəkildə qırmaq mərhələsinə yetişməsidir. Hal-hazırda İran öz gücü və öz bayrağı ilə sanksiyaları qırır.”