Tarix : 2020 May 29
Kod 59775

Sionist rejimin sabiq baş naziri: Netanyahu saxtakar, cinayətkar, yalançı və kələkbazdır

Sionist rejimin sabiq baş naziri və özü korrupsiya cinayətinə görə məhkum olmuş Ehud Olmert, Netanyahunu ciddi saxtakarlıqla məşğul olmaqda ittiham edib, onu cinayətkar və kələkbaz adlandırıb.
AranNews - “Jerusalem Post” qəzetinin yazdığına görə, özü korrupsiya cinayətinə görə məhkum edilmiş sionist rejimin sabiq baş naziri Ehud Olmert bu rejimin hazırkı baş naziri Binyamin Netanyahunun həbs edilməsini istəyib.
Olmert deyib: “Netanyahunun dosyesindən məlum olur ki, o, ciddi saxtakarlığa yol verib və o, cinayət etmiş cinayətkar, yalançı və kələkbazdır.”
Sionist rejimin sabiq prokurorluq əməkdaşı Dora Çen də son günlərdə deyib: “İsrail baş naziri Benyamin Netanyahunun mühakiməsi 4-5 ilədək vaxt apara bilər və Netanyahu məhkəməyə təzyiq göstərir.”
“İsrail Bizim Evimiz” Partiyasının sədri Aviqdor Liberman bir müddət bundan əvvəl Netanyahunu mühakimə edən məhkəməni istehza və tamaşa adlandıraraq demişdi: “Binyamin Netanyahunun mühakimədən öncəki açıqlamasında ikitirəlik və təhrikdən başqa heç nə yox idi. O, bir söz deyir, lakin dediyinin əksinə əməl edir, gərginlik və ixtilaflar yaradır.”
Qeyd edək ki, Netanyahu rüşvət, əmanətə xəyanət etmək və dələduzluqda ittiham olunur.

 
  • Yazılıb
  • da (də) 2020 May 29
  • Göndərən جهان کمالی