Tarix : 2020 May 30
Kod 59779

Ya İran xalqına hörmət yolunu gedin, ya da ki, mənfur qalmaqda davam edin

"Böyük İran xalqı Vaşinqtonun maksimum təzyiqini maksimum müqavimət, polad iradə və daxili imkanlara söykənməklə darmadağın edir.

 Arannews-iran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Amerika hökumətinin İran məsələləri üzrə xüsusi nümayəndəsi Brayan Hookun tvitter-dəki son gülünc sözlərinə cavab olaraq bildirib: Böyük İran xalqı Vaşinqtonun maksimum təzyiqini maksimum müqavimət, polad iradə və daxili imkanlara söykənməklə darmadağın edir.

Seyyed Əbbas Mousəvi sonra deyib: Amerika ya məğlubiyyəti qəbul etməli və İran xalqına hörmət yolunu getməlidir, ya da ki, özünün daha artıq təcriddə qalması, mənfur və təhqir olmasını davam etdirməlidir.

Brayan Hokk çərşənbə günü bir sionist sayt ilə müsahibədə gülünc bir ifadədə iddia etmişdi ki, Vaşinqtonun səylərinə görə, İran rəsmiləri qərar çıxarmalıdırlar: Ya müzakirə, ya da ki, iqtisadi çöküşü idarə etsinlər.

Amerika nüvə anlaşmasından çıxdıqdan sonra İrana qarşı təzyiq tətbiq etmək üçün hərtərəfli kampaniyaya başlayıbdır.

  • Yazılıb
  • da (də) 2020 May 30
  • Göndərən جهان کمالی