Şərqi Azərbaycanın turizm bölmələri və bütün müəssisələri 25 maydan bütün səhiyyə protokollarına riayət etməklə xidmət göstərməyə başlamışdır.
AranNews-in “İRNA”-ya istinadla verdiyi xəbərə görə, Şərqi Azərbaycan Mədəni İrs, Turizm və Əl Sənəti İdarəsinin müdiri Əhməd Həmzəzadə əyalətdə turizm müəssisələrində səhiyyə protokollarına riayət edilməsinə nəzarət məqsədilə 250 dəfə nəzarət baxışı həyata keçirildiyini vurğulayaraq deyib: “Şərqi Azərbaycanın bütün turizm müəssisələri və bölmələri 25 maydan başlayaraq fəal şəkildə bütün səhiyyə protokollarına əməl etməklə müraciət edənlərə xidmət göstərir.”