“Karantin başladıqdan sonra 20-dən çox AXCP fəalı inzibati qaydada həbs edilib”
BArannews-Meydan.tv:akının Qaradağ rayon məhkəməsi mayın 29-da Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Ruslan Əmirovu 15 günlük inzibati həbs cəzasına məhkum edib.
O, İnzibati Xətalar Məcəlləsinin 510.1-ci (kiçik xuliqanlıq) maddəsi ilə təqsirli bilinib.
AXCP-dən bildiriblər ki, Əmirov AXCP lideri Əli Kərimlinin cangüdəni olaraq qaldığına görə saxta, siyasi motivli ittihamla həbs edilib. Əmirov apreldə karantin rejimini pozmaq ittihamı ilə 30 gün müddətinə həbs edilmişdi.
AXCP-nin sədr müavini Seymur Həzi bildirib ki, hazırda Kərimlinin üç cangüdəni və bir köməkçisi həbsdədir. Karantin başladıqdan sonra 20-dən çox AXCP fəalı inzibati qaydada həbs edilib, daha 3 nəfər cinayət məsuliyyətinə cəlb edilib.