Tarix : 2020 May 31
Kod 59792

“Vaşinqton Post: “İran və Venesuela Trampın sanksiyalarının iflasa uğradığını sübut etdilər” – Təfərrüat

ABŞ mediası Venesuela sahillərinə İran neft tankerlərinin gəlməsini təqdir edən məqalə hazırlayıb.
Arannews-Eastnews.org-un verdiyi xəbərə görə, ABŞ mediası Venesuela sahillərinə İran neft tankerlərinin gəlməsini təqdir edən məqalə hazırlayıb.
Məşhur “Vaşinqton Post” qəzeti, Tehran və Karakasın bu addımının Tramp tərəfindən tətbiq edilən sanksiyaları iflasa uğratdığını yazıb.
Təhlildə qəzet bildirib ki, İran tankerlərinin Venesuela limanına çatması, Vaşinqtonda olan ekstremistlər üçün Tehran və Karakas arasındakı sıx əməkdaşlıq və Qərbi yarımkürədə təhlükəsiz problemini gündəmə gətirməsiylə bağlı həyəcan təbili çaldı. Reallıq ABŞ üçün deyilənlərdən daha pisdir. ABŞ-ın maksimum təzyiq, ağır sanksiyalar və digər iqtisadi təzyiq metodları kimi metodlardan istifadə edərək hakimiyyəti dəyişdirmək səyləri bu iki hökumətin (İran və Venesuela) davranışlarına az təsir göstərdi.
Yazıda Venesueladakı mövcud iqtisadi böhrana toxunularaq bildirilir:
“İranın Venesuelaya yanacaq göndərmək təşəbbüsü göstərdi ki, iki ölkə ortaq maraqlar əsasında iqtisadi cəhətdən birlikdə işləyə bilər. Bu vəziyyət nəinki ABŞ-ın sanksiyalarını pozdu, əksinə onlar (İran və Venesuela) digər güzəştlərə də imza atdılar, bunlardan ən vaciblərindən biri ictimai münasibətlər və cəmiyyətə təsiri idi. Trampın indi maksimum təzyiq siyasəti münasibətlərin daha da birləşməsinə səbəb olub. Digər tərəfdən, ABŞ-ın hazırkı administrasiyasının bəzi rəsmiləri İran və Venesuela kimi ölkələrə qarşı çıxış edərkən bu ölkələri yenidən dünya birliyinə qaytarmaq niyyətində olduqları görünür”.
“Vaşinqton Post” sonda qeyd edib ki, İranın Venesuelaya neft tanklerini göndərməsi Trampın sanksiyalarının iflasa uğradığının göstəricisidir.
Qeyd edək ki, ABŞ-ın sanksiyaları səbəbiylə yanacaq çatışmazlığı ilə üzləşən Venesuellaya yanacaq göndərilməsi qərarı Vaşinqton rəsmilərini qəzəbləndirib. ABŞ hökumətinin yüksək vəzifəli bir nümayəndəsi verdiyi açıqlamada Vaşinqtonun İranın Venesuelaya yanacaq təhvil verməsinə reaksiya vermək üçün müvafiq tədbirləri nəzərdən keçirdiyini söyləyib. İran ümumilikdə Venesuellaya 5 neft tankeri göndərib.
  • Yazılıb
  • da (də) 2020 May 31
  • Göndərən جهان کمالی