Tarix : 2020 May 31
Kod 59793

General Süleymaninin Azərbaycan xalqı barədə duası

Şərqi Azərbaycan Sağlamlıq Müdafiəçiləri Dəstək Qərargahının katibi: General Süleymani Azərbaycan camaatının Hərəm Müdafiəçilərinə Dəstək Qərargahına kömək etməkdə xeyirxah addımını eşitdikdə dua edərək dedi: “İlahi! Azərbaycan xalqını Qiyamətdə Mehdi Bakiri ilə məhşur et.”
AranNews-in “Tasnim”-ə istinadla verdiyi xəbərə görə, Şərqi Azərbaycan Sağlamlıq Müdafiəçiləri Dəstək Qərargahının üzvləri Təbriz imam cüməsi höccətül-islam vəl-müslimin Seyid Məhəmmədəli Ali-Haşimin iştirakı ilə Vəliyyi-fəqihin əyalət üzrə ofisində iclas keçiriblər.
Qərargahın katibi Möhsin İranzad bu qərargahın fəallarını sağlamlıq cəbhəsinin mücahidləri adlandırıb, Sağlamlıq Müdafiəçiləri Dəstək Qərargahının əsas məqsədinin əyalətdə xeyirxahlıq mədəniyyəti yaratmaq, koronavirus xəstəliyi üzündən məişətləri zərər çəkmiş şəxslərə yardım etmək olduğunu bildirib.
M. İranzad deyib: “Allahın köməyi ilə cəmiyyətdə xeyir iş mədəniyyəti və bu işdə məscidi mərkəz seçmək təşəbbüsü yaranmışdır. Çünki son addımlarda fəaliyyətlərin mərkəzi məscidlər oldu və hər bir qərargahın ofisində bir ruhani onun fəaliyyətinə nəzarət edirdi ki, məscid xeyirxahlıq mərkəzi kimi tanınsın.”
Sağlamlıq Müdafiəçiləri Dəstək Qərargahının katibi “Əgər siz Allaha (Allahın dininə) yardım göstərsəniz, O da sizə yardım göstərər və sizi sabitqədəm edər” ayəsinə istinad edərək deyib: “Bütün xeyriyyəçilərin təlaşı Allah razılığını əldə etmək üçündür. Buna görə də, heç bir loqo və nişandan istifadə etmədilər və bağlamaları gecə vaxtı payladılar.”
İranzad şəhid general Hacı Qasim Süleymaninin Azərbaycan xalqı barədə duasına da işarə edərək deyib: “Şəhid general Azərbaycan camaatının Həzrət Zeynəb (ə) Hərəmi Müdafiəçiləri Dəstək Qərargahına yardım etməkdə xeyirxah addımını eşidəndə bu camaat barədə dua edərək dedi: İlahi! Azərbaycan xalqını Qiyamətdə Mehdi Bakiri ilə məhşur et.”

 
  • Yazılıb
  • da (də) 2020 May 31
  • Göndərən جهان کمالی