ABŞ-ın Nyu-York şəhərinin meri Bill De Blazionun 25 yaşlı qızı Çiara de Blazio 46 yaşlı afroamerikalı Corc Floydun ölümü ilə bağlı keçirilən nümayişlərdə iştirak etdiyi üçün saxlanılıb.
“Arannews-TASS”a istinadən xəbər verir ki, “NY1” televiziya kanalı məlumat verib.
Kanalın bildirdiyinə görə, merin qızı Brodvey və 12-ci prospektlərin kəsişməsində toplaşan nümayişçilərin içində olub.
Onlar polisin əmrinə tabe olmadıqlarına görə saxlanılıblar.
Lakin Çiara de Blazio qısa müddət sonra istintaq təcridxanasından azad edilib.