Tarix : 2020 Jun 01
Kod 59798

Azərbaycan Respublikasında “Vətən Dəyərləri Platforması” yaradılır

Azərbaycan Respublikası “Ziyalılar Forumu”nun sədri və “Milli Şura”nın istefa vermiş üzvü Eldəniz Quliyev bildirib ki, bu ölkənin əxlaqi, dini və milli dəyərlərini dəstəkləyən şəxsiyyətlərinin iştirakı ilə “Vətən Dəyərləri Platforması” adlı yeni mübarizə platforması yaradacaq.

Arannews-xəbər verir ki, Eldəniz Quliyev “Xural TV” kanalına müsahibəsində deyib: “Vətən Dəyərləri Platforması xalq arasında həmrəylik və vəhdət yaratmaq məqsədli bir təşkilat olacaq və Azərbaycan xalqının yaşayış vəziyyətində dəyişiklik və yaxşılaşma istiqamətində maarifçilik aparacaq.”

Eldəniz Quliyev əlavə edib: “Vətən Dəyərləri Platforması əsasən, Azərbaycan Respublikası xalqının əxlaqi, dini və milli dəyərləri prinsipləri üzərində qurulur. Çünki bütün insani məsələlər halal olmaqdan, insani ləyaqətə və dəyərə sahib olmaqdan qaynaqlanır.”

Ziyalılar Forumunun sədri “Milli Şura”dan istefa verməsinin səbəbi bir daha izah edib və “Müsəlman Birliyi Hərəkatı” sədri Hacı Tale Bağırzadənin onun bu hərəkətinə dəstəyindən danışıb. Habelə, Milli Şuranın sədri Cəmil Həsənlinin onun bu təşkilatdan çıxarılması barədə iddiasını təkzib edərək deyib: “Milli Şuranın yaradıcılarından olmuşam və bu şura çərçivəsində insanların hüquqlarının təmin edilməsi istiqamətində daim yaxşı mübarizə aparmışam. Cəmil Həsənli Milli Şuranın sədri olaraq, xüsusən də Amerikaya getdikdən sonra Azərbaycan xalqının dəyər və maraqlarının tamamilə ziddinə mövqe seçmişdir. Bundan əvvəl də bu kimi mövqelər göstərmişdi. Onun bu hərəkətindən narahatam və buna görə də Milli Şuradan istefa verdim.”

Eldəniz Quliyev Milli Şuranın sədri Cəmil Həsənlinin üzdəniraqların istəklərini Azərbaycan xalqının milli və dini dəyərlərindən üstün tutmasına təəccüb etdiyini bildirib, Milli Şuranın bu vəziyyətdən çıxış yolunu Cəmil Həsənlinin şuranın rəhbərliyindən istefa verməsində görüb.

Eldəniz Quliyev Qarabağ separatçılarının rəhbərinin prezident andının Şuşada keçirilməsinə qarşı ictimai reaksiyaların kifayət etmədiyini vurğulayaraq deyib: “Şuşa və Qarabağ mövzusu daim və hər an ortada olmalıdır ki, Qarabağı azad edə bilək. İndi bir sıra dövlət rəsmilərinin son günlər, Qarabağ məsələsinin hətta 300 ilə qədər uzanacağını demələri göstərir ki, Qarabağın azadlıq məsələsinin onlar üçün əhəmiyyəti yoxdur.”

  • Yazılıb
  • da (də) 2020 Jun 01
  • Göndərən جهان کمالی