Tarix : 2020 Jun 01
Kod 59799

ABŞ-da 25 şəhərdə komendanat saatı elan edilib

Amerikanı bürüyən etirazların 5-ci günündə ABŞ-ın 25 şəhərində komendant saatı elan olunub və indiyədək 1400-dən çox etirazçının həbs edildiyi bir neçə nəfərin isə öldürüldüyü deyilir.

Arannews-Vetenugrunda.az-ın verdiyi xəbərə görə, iğtişaşlara ABŞ-ın Minnesota ştatındakı Detroyt şəhərində polisin Corc Floyd adlı qaradərilinin boğazını dizləri ilə sıxıb öldürməsi səbəb olub. Polis bu vəhşiliyi kameraların qarşısında edib.

Amerikanı bürüyən etirazların 5-ci günündə ABŞ-ın 25 şəhərində komendant saatı elan olunub və indiyədək 1400-dən çox etirazçının həbs edildiyi bir neçə nəfərin isə öldürüldüyü deyilir.

Sosial şəbəkələrdə paylaşılan vidogörüntülər vəziyyətin çox ciddi şəkil aldığından xəbər verir.

ABŞ mediası həmçinin Minniapolisdən başqa bir neçə ştatda da Milli Qvardiya qüvvələrinin etirazçılara güllə və qaynar su ilə zor tətbiq etdiyini bildirir.

Qaradərili mülkinin polis tərəfindən qətlə yetirildiyi Minniapolis şəhərində isə silahlı qüvvələr və Milli Qvardiya qüvvələrinin sayı 11 mini ötüb.

"CNN" telekanalı Los-Ancles şəhərindən yayımladığı videoda mağazalar və ümumi məkanların yandırılmasından xəbər verib. ABŞ mediası həmçinin Filadelfiya şəhərində yanğınlardan canlı görüntülər təqdim edib.

"CNN washington" etirazçıları dağıtmaq üçün yüzlərlə polisin fəaliyyətindən xəbər veirb. Dünən də Ağ Ev qarşısında etirazçıların toplaşması Xüsusi Təyinatlı Qüvvələrin aksiyaçılara qarşı gözyaşardıcı qaz və təlim məşqlərindən istifadə etməsi ilə nəticələndi.

ABŞ Müdafiə Nazirliyi Amerika şəhərlərində iğtişaşların davam etdiyinə görə ölkənin fövqəladə vəziyyətdə olduğunu bildirib. Bəzi hərbi bölmələr hazır vəziyyətə gətirilib, hərbi vertolyotlar Minniapolis şəhəri üzərində uçuşlar həyata keçirib.

Minnesota Ştatının Milli Qvardiyasının komandanı Con Censen mətbuat konfransında Minnesota qubernatorundan aldığı səlahiyyətlər əsasında ilk mərhələdə bu ştata min hərbçinin yerləşdirilməsini tələb etdiyini bildirib.

Censen deyib ki, bu sayda hərbçinin yerləşdirilməsi ilə Minnesota şəhərinə yeridilən hərbçilərin ümumi sayı 1700 nəfərə çatacaq.

  • Yazılıb
  • da (də) 2020 Jun 01
  • Göndərən جهان کمالی