Amnesty International: Azərbaycan hakimiyyəti tənqidçilərin təqib olunması üçün pandemiyadan istifadə edib
Arannews_Turan xəbər verir ki Amnesty International bildirir ki, Azərbaycan hakimiyyəti müxalifətyönlü və vətəndaş fəallarına, müstəqil jurnalistlərə qarşı genişmiqyaslı təqib kampaniyasına başlamaq üçün COVİD-19 pandemiyasından istifadə edib. Hökumətin koronavirusa qarşı mübarizə tədbirlərini tənqid edənlər təqiblərə məruz qalıb, Amnesty International-ın Azərbaycanda vəziyyətə həsr olunmuş yeni bəyanatında deyilir.
Amnesty İnternational-ın Cənubi Qafqaz üzrə tədqiqatçısı Natalya Nozadze :
“COVİD-19-un Azərbaycan həbsxanalarında yayılması ilə bağlı artan narahatlıqlar fonunda ölkə hakimiyyəti nəinki siyasi motivlərlə həbs olunmuş məhbusların -azərbaycanlı həmkarlarımızın nüfuzlu rəyinə əsasən onların sayı ən azı yüz nəfərdir- azad edilməsi məsələsini nəzərdən keçirmir, əksinə, hakimiyyət pandemiyaya qarşı mübarizə bəhanəsilə daha çox tənqidçilərini dəmir barmaqlıq arxasına atır.”