ABŞ-da davam edən etirazlara və qarışıqlıqlara görə ölkənin təxminən 40 şəhərində komendant saatı tətbiq edilib.
Arannews- bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir.
Qeyd edilir ki, bazar ertəsi ABŞ-ın ən böyük meqapolisində - Nyu-Yorkda belə tədbirlər tətbiq edilib.
Nyu-Yorkda yerli vaxtla saat 23:00-dan komendant saatının təbqi edilməsi barədə qərarı mer Bill de Blazio elan edib. Onun icraçı fərmanından göründüyü kimi, bu saatlarda "ictimai asayişi dəstəkləmək xüsusilə çətindir".
Sənəddə bildirilir ki, məhdudiyyətlər vətəndaşların təhlükəsizliyinə və əmlakının qorunmasınaı zəmanət vermək üçün, həmçinin yeni koronavirusun yayılmasının qarşısını almaq üçün tətbiq olunur.
Qadağa piyadaların şəhərin küçələrində hərəkətlərini, həm də avtomobil nəqliyyatında yerdəyişmələri ehtiva edir. Məhdudiyyətləri pozanları üç aya qədər həbs cəzası, həmçinin 500 ABŞ dolları məbləğində cərimə gözləyir.
Komendant saatının qadağaları xüsusi halda yanğınsöndürənlərə, polis əməkdaşlarına, tibb işçilərinə, bir sıra ərzaq mağazalarının və apteklərin əməkdaşlarına aid deyil. Şəhər hakimiyyəti təsdiq edib ki, küçələrdə qalan evsiz insanları cəzalandırmaq niyyətində deyil.
"The New York Times" qəzeti bildirib ki, artıq bir neçə onillikdir, meqapolisin bütün ərazisində eyni vaxtda komendant saatı tətbiq olunmur.
Nyu-Yorkda soyğunçular mağazaları qarət edirlər
ABŞ-da afroamerikalı Corc Floydun ölümü ilə bağlı başlanmış dinc aksiyalar Nyu-Yorkun mərkəzində kütləvi soyğunçuluqlarla əvəz olunub. Soyğunçular mağazalardan malları demək olar, maneəsiz çıxarırlar, polis onların arxasınca güclə yetişir.
Qeyd edilir ki, əvvəlcə dinc xarakterli təntənəli yürüşlər aqressiv qiyama çevrilib.
"Biz Martin Lüter Kinqin (qeyd edək ki, o, ABŞ-da ağlarla qaraların bərabər hüquqları uğrunda mübarizə apardığına görə ötən əsr öldürülüb-red) vaxtlarında etiraz edirdik və şərait sonra bir qədər yaxşılaşdı, amma hamımız daha orada deyilik, hansı ki olmaq istərdik. Hətta insanların qarışıqlıqların pis olduğunu demələrinə baxmayaraq, onlar diqqəti problemlərə cəlb edirlər", - Deniz Kroford adlı qadın deyib.
Onun fikrincə, Floydu dizi ilə sıxmış polisi yerindəcə həbs etmək lazım idi.
"Mən növbəti tələbimi edirəm: əgər sizdə belə davranışı göstərən irqçi polislər varsa, onları dərhal işdən çıxarmaq lazımdır. İstənilən dövlət vəzifəsinə gedən yol onların üzünə bağlı olmalıdır", - o deyib.