Ağ Ev-in milli təhlükəsizlik müşaviri bazar günü gecə yalan bir iddiada İran, Rusiya və Çini Amerikada anti-rasist etirazların formalaşmasında rol oynamaqda ittiham edib.
Arannews-bəzi ölkələr, o sıradan İran, Rusiya və Çin Amerikadakı etirazların formalaşmasında rol oynayıblar.
Amerikanın müxtəlif şəhərləri, xüsusən Minnesota ştatının Minneapolis şəhəri bu günlər bu ölkə polisinin rasist rəftarına qarşı etiraz səhnəsidir.
Ötən həftənin bazar ertəsi günü Minnesota ştatının Minneapolis şəhərində bir ağdərili polis Corc Flyod adlı bir qaradərili şəxsi faciəli şəkildə qətlə yetirdi.
Bu hərəkət Amerika xalqının hiddətinə səbəb olub. Amerika polisi və təhlükəsizlik qüvvələri etirazçı xalqa divan tuturlar.
ABŞ prezidenti Donald Tramp bazar günü axşam tvitter-də amerikalı etirazçıların bu ölkənin milli qvardiya qüvvələri tərəfindən yatırılmasına görə təşəkkür etdi və etirazçı qrupları terrorçu kimi təqdim etmək üzrə səydən xəbər verdi.
ABŞ konqresinin nümayəndələr palatasının sədri Nensi Pelosi bazar günü gecə Trampın bu rəftarını tənqi etdi. Vurğuladı ki, prezident alovu daha da şiddətləndirməməlidir.
ABŞ medialarının məlumatlarına görə, amerikalı qaradərili Corc Floydun qətlə yetirlməsinə qarşı etirazlar bu ölkənin azı otuz şəhərinə çəkilibdir.
Cümə axşamı günündən bəri Amerika polisi və təhlükəsizlik qüvvələri bu ölkənin 22 şəhərində min 669 nəfəri həbs ediblər.
Belə bir halda, bazar günü Almaniya və İngiltərənin paytaxtları da ABŞ polisinin rasist rəftarına qarşı xalq etirazları səhnələri olublar.
Almaniya və İngiltərə xalqları Berlin və London şəhərlərində ABŞ polisinin zorakılığını pisləyərək, Corc Floydun ailəsi ilə həmrəylik elan ediblər