Tarix : 2020 Jun 02
Kod 59809

Qarabağın məscid və minarələrindən yenə azan səsi ucalacaq

Şuşada prezident andının içilməsi qəbulediləsi deyildi

Araz çayı üzərində körpülər barədə sensasiya yaradan, Qarabağ münaqişəsindən sui-istifadə edərək ictimai rəyi sapındırmağa fürsət axtaran siyasətçilərin və mediaların mahiyyəti hamıya qabaqcadan aydındır. Azərbaycanın müsəlman və qeyrətli xalqı bu fitnələrin haradan qaynaqlandığını yaxşı bilir. Bu iki İslam ölkəsinin comərdləri Qarabağın İslam qucağına qayıtması və onun minarələrindən azan səsinin ucalması üçün əməli addımlar atmalıdırlar
 AranNews – Bu günlərdə çox təəccüblə şahid olduq ki, Qarabağ separatçıları rəhbərinin Şuşada andiçmə mərasiminin keçirilməsi elə də ciddi reaksiya ilə üzləşmədi, həqiqətdə dünyada heç kimAzərbaycan Respublikasının bu acı hadisəyə, bu ölkənin 20 faiz torpaqlarına min dəfələrlə təcavüzünə təsirli etirazını görmədi.Bir qrup da bu ölkədə Qarabağ müzakirələrinin hətta 300 ilə qədər uzana biləcəyini dedi və ölkənin dövlət orqanları bu haqda təsirli və ciddi bir söz, yaxud etiraz bildirməyib.Belə bir mühüm məsələ barədə siyasətçilərin, deputatların, Azərbaycan Respublikasında və digərölkələrdəki sionist rejiminə bağlı qəzet və internet saytlarının səsi çıxmadıqda, bunun əvəzinə saxta xəbərlərlə İran yük maşınlarının Qarabağa getməsinə hay-küy qoparan həmin asılı adamların və mediaların nə İranın, nə də Azərbaycan Respublikasının xeyrini istəmədiyi üzə çıxır.Bir tərərfdən iki ölkənin qanunları çərçivəsində razılaşma ilə Araz çayı üzərində qurulan hidroqovşaqlara görə bu cür hay-küy salınırsa, digər tərəfdən də son həftələrdə Şuşa torpağında yadların prezident andiçməsinə baxmayaraq həmin natiq deputatların və ziyalı siyasətçilərin! asılı saytların səsi çıxmırsa, bu muzdur qrupun fitnə və düşmənçilik ardınca olmasına şəkk-şübhəqalmır.Dünyanın müxtəlif yerlərində ifratçı millətçi qrupların fürsətaxtaran reaksiyalarına dəqiq və hərtərəfli diqqət yetirdikdə, Qarabağ və Şuşada siyasi və işğalçı hücum hərəkətləri qarşısında onların sükutu sözügedən qrupların, siyasətçilərin və mediaların asılılığını hamı üçün, hətta onların asılılığında zərrəcə şübhə edənlər üçün də sübuta yetirir. İrqçilər, millətçilər və qərəzli adamlar Qarabağ və Şuşanın işğalı qarşısında düzgün və haqq mövqe tuta bilməzlər. Çünki onların iş proqramı və nitqlərinin mətni başqa yerdə yazılır və onlara çatdırılır. Onlar üçün nə İranın nə də Azərbaycanın maraqları zərrəcə əhəmiyyət daşımır. Qarabağın azad olunmasının sionistlər üçün hansı dəyəri ola bilər? Əksinə Qarabağın azad olunması Azərbaycanın onlardan silah alışını azalda bilər. Deməli, tamamilə aydın görünür ki, Təl-Əviv bu işğala heç bir ciddi etiraz etməyəcək, öz əlaltılarına və casuslarına da belə bir əmr verməyəcək. Üstəlik, Ermənistan hökuməti ilə münasibətlərini əvvəlkindən daha çox artıracaq. Çünki Azərbaycan Respublikasınınsilah anbarlarını doldurduqdan sonra Ermənistan və digər ölkələrlə dəllallığını davam etdirmək fikrinə düşəcək.Sionist rejimin gəlirinin əsas hissəsi ölkələr arasında ixtilaf, qorxu və vəhşət yaratmaqla təmin olur. İslam ölkələrinin təhlükəsizliyi və qardaş münasibətləri regionda bu rejimin puç olduğunu isbatlayar.
Araz çayı üzərində hidroqovşaqlar üçün dastan və senariyalar hazırlayan asılı saytlar və siyasətçilərin mahiyyəti dünya məzlumlarını müdafiə etmək Konstitusiyasının bir hissəsi olan İran İslam Respublikasını terrorçu kimi tanıtmaq, ixtilaf təbili çalmaq, iftixarlı şiə məzhəbi əleyhinə çıxmaq, fitnə salmaq, yalançılıqdır. Azərbaycan Respublikasının şiə və qeyrətli müsəlmanları bu fitnələrin haradan qaynaqlandığını yaxşı bilir.Qəsdən, yaxud səhvən iki İslam ölkəsinin müsəlman xalqı arasında ixtilaf və uçurum yaratmaq istəyənlər yuxudan ayılmalı, əməkdaşlıq, həmrəylik və qardaşlıq şəraiti yaratmalıdırlar ki, bu iki ölkənin comərdləri çaqqalların ulaşmasına etina etmədən və əməli addımlarla Qarabağın İslam qucağına qayıtması, onun minarələrində yenidən azan səsinin ucalması ardınca getsinlər.Sözsüz, İranın Xürrəmşəhri azad olduğu kimi Şuşa da azad oluna bilər. 300 il sonra yox! Elə bu il Allahın izni ilə Qarabağın bütün məscidlərinin minarələrindən azan səsi eşidə bilərik.Deməyə ehtiyac yoxdur. İranın Xürrəmşəhri BƏƏS-çi düşmənlərin işğalında olduğu, Amerika vəqərbin bu işğala dəstək verdiyi vaxt İran İslam Respublikası vəzifəliləri yuxunu özlərinə haram bildilər, son nəfəslərinə, son damla qanlarına qədər onun azadlığı üçün çarpışdılar. Bu gün də Qarabağın azadlıq yolu məscidlərdən, hüseyniyyələrdən, mücahidlər küçəsindən, İslam dünyasının şəhidlər diyarından keçir. Çünki Qarabağ İslam torpağıdır.
  • Yazılıb
  • da (də) 2020 Jun 02
  • Göndərən جهان کمالی