Tarix : 2008 Jul 22
Kod 5981

TÜRKİYƏ BMT TƏHLÜKƏSİZLİK ŞURASININ ÜZVÜ OLMAQ İSTƏYİR

Türkiyənin xarici işlər naziri Əli Babacan ölkəsinin BMT Təhlükəsizlik Şurasının müvəqqəti üzvlüyünə qəbulunu dəstəkləmək üçün Nyu-Yorka yola düşüb
Turkyə Servisi/Aran Agentliyi

BMT Təhlükəsizlik Şurasına 2009-2010-cu illər üçün iki yeni müvəqqəti üzv seçilməlidir. Nyu-Yorka yola düşməzdən əvvəl Əli Babacan jurnalistlərə deyib ki, o, BMT-də bir sıra ölkələrin səfirləri, ən başlıcası isə BMT-nin baş katibi Ban Ki-munla görüşərək ölkəsinin xarici siyasəti barədə geniş məlumat verəcək.

Əli Babacan deyib ki, “biz onlara Türkiyənin regionda sabitliyə və təhlükəsizliyə töhfələrini xatırladacağıq”. BMT TŞ-nin növbəli üzvlüyünə digər iki namizəd Avstriya və İslandiyadır.

Əli Babacan bunu bildirib ki, o, əlavə olaraq Kiprdəki vəziyyətlə bağlı məsələləri də müzakirə edəcək. Müxbirlər qeyd edirlər ki, Türkiyə son iki ərzində TŞ üzvlüyünə dəstək üçün geniş təbliğat kampaniyası aparıb və hətta bu məqsədlə əvvəllər çox az əlaqələri olan Sakit Okean Hövzəsi və Afrika ölkələri ilə də təmaslar qurub.

  • Yazılıb
  • da (də) 2008 Jul 22