Tarix : 2020 Jun 02
Kod 59810

Gürcüstan iyulun 1-dən xarici turistlər üçün sərhədlərini açacaq.

Gürcüstan Ermənistanla sərhədi açmayacaq, Azərbaycan da ilk açılan ölkələr arasında yoxdur.

“Arannews-Report”un yerli bürosu xəbər verir ki, bunu ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze “Pirveli” telekanalının efirində bildirib.

Onun sözlərində görə, Gürcüstan ilk növbədə “yaşıl” ölkələrdən turistlər qəbul edəcək: “Minimal risk olan ölkələrlə ikitərəfli sazişlər rəsmiləşdiriləcək. Həmçinin turistin Gürcüstana səfərdən öncə keçməli olduğu müəyyən prosedurlar da hazırlanır”.

Qeyd edək ki, Gürcüstan iyulun 1-dən xarici turistlər üçün sərhədlərini açacaq. Qonşu ölkə ilk mərhələdə İsrail, Avstriya, Çexiya və Ukrayna ilə qarşılıqlı turist səfərləri üçün “təhlükəsiz dəhlizlər” yaratmaq niyyətindədir

  • Yazılıb
  • da (də) 2020 Jun 02
  • Göndərən جهان کمالی