Tarix : 2020 Jun 03
Kod 59811

ABŞ donanmasının sabiq komandiri: İranın bacarıqları bənzərsiz və heyrətləndiricidir

Amerikanın sabiq hərbi komandiri deyib: “İranda İslam respublikası formalaşdığı vaxtdan çox ağır sanksiyalara məruz qalmasına baxmayaraq, adi və qeyri-adi heyrətləndirici bacarıqlara yiyələnə bilmişdir. Bu bacarıq onlara öz strategiyalarını qismən yüksək uğurla həyata keçirməyə imkan verir.”
AranNews – Amerikanın Bəhreyindəki donanmasının sabiq komandiri Con Miller televiziya verlişlərinin birində İranın dəniz qüvvələrinin gücünü dəyərləndirərək deyib: “İran öz strategiya məqsədlərini icra etmək istiqamətində misilsiz adi və qeyri-adi bacarıqlar əldə etmişdir. Onlar balistik raketlərini genişləndirmiş, yaxud belə raketlər almışlar. Getdikcə diqqəti artan bu raketlər Şərqi Avropada uzaq nöqtəni vurmağa qadirdir. Onlar yerüstü və dəniz əsaslı raketlərə sahibdir. Onlar gəmi əleyhinə raketlərlə təchiz edilmiş sualtı gəmilərə malikdir. Onlar müdafiə radarlarına malikdir. Onlar S-300 müdafiə sistemləri alıblar və inkişaf etmiş raketlərə sahibdir. Onlar sürətli döyüş katerlərinə sahibdir. Onların yüzlərlə kiçik katerləri vardır.”
Con Miller İslam Respublikasının son 5 ildə dron irəliləyişini gözqamaşdırıcı adlandıraraq deyib: “Bu dronlar komandanlıq və nəzarət üçün istifadəyə yararlıdır. Həmçinin vurulmuş hədəfi dəyərləndirmək gücünə malikdir. Ona görə də onların yerli dron proqramları gözqamaşdırıcıdır.”
Sözügedən televiziya verlişinin davamında “Dəniz Gücünü Dəyərləndirmə Mərkəzi”nin eksperti Michael Konnelly də İranın regional və transregional nüfuz gücünə işarə edərək deyib: “Doğrusu budur ki, İran qısa mənzilli raketlərinin diqqət və uçuş gücünü artırmışdır və indi hərbi hədəfləri vurmağa qadirdir.”
Ekspert əlavə edib: “İranlılar onları gücləndirəcək bacarıq və qabiliyyətlər üzərində sərmayə qoyurlar və İranın imkanları elə planlaşdırılıb ki, Amerika və müttəfiqlərinin zəif nöqtələrini hədəfə ala bilər.”

 
  • Yazılıb
  • da (də) 2020 Jun 03
  • Göndərən جهان کمالی