Tarix : 2020 Jun 03
Kod 59812

; İslam İnqilabın Böyük Rəhbərinin mələkuti vəfatının ildönümü münasibətilə

İmam Xomeyni (r) ləqəbli Seyid Ruhullah Mustəfəvi İran İslam İnqilabının rəhbəri və İslam Respublikasının banisi idi. O, 4 iyun 1989-cu ildə vəfat etdi.

Arannews: xəbər verir ki, İmam Xomeyni 24 sentyabr 1902-ci ildə İranın Mərkəzi əyalətinin Xomeyn şəhərində ziyalı, mühacir və mücahid ailəsində dünyaya göz açıb və 4 iyun 1989-cu ildə uca mələkuta qovuşub.

İmam Xomeyni böyük təqlid mərcəsi həzrət Ayətullah Bürucerdinin vəfatından sonra İranda şahlıq tağut rejiminin siyasətlərinə etiraz etdi, 5 iyun 1963-cü il qiyamına (15 Xordad) görə saxlanılaraq həbs edildi. Bir müddətdən sonra azad edilən İmam Xomeyni müqəddəs Qum şəhərinə qayıtdı. Kapitulyasiya (amerikalı cinayətkarlara İranda toxunulmazlıq verilməsi) hadisəsində Qum Əzəm məscidində mühüm və odlu çıxışından sonra yenidən həbs edilərək Türkiyəyə, sonra da İraqa sürgün edildi.

İmam Xomeyni İraqda olduğu illərdə də Pəhləvi rejiminə qarşı mübarizəyə rəhbərlik edirdi. 1978-ci ildə Pəhləvi və İraqın BƏƏS rejimin birgə planı ilə İraqdan çıxarıldı. Onun Parisə getməsi ilə İran xalqınn mübarizə və inqilabı yeni əsaslı mərhələyə daxil oldu.

İmam Xomeyninin (r) Parisdə məskunlaşması, onun çıxışları və baxışlarının qərb medialarında işıqlandırılması ilə Pəhləvi rejimi zəifləməyə və təcrid olmağa başladı. İmamın uzaqgörən və dəqiq rəhbərliyi ilə İran xalqının İslam İnqilabı şah və ailəsinin İrandan çıxması günləri yaxınlaşdı.

İranın rəhbəri 1 fevral 1979-cu ildə İrana döndü və inqilabı yaxından istiqamətləndirməklə 11 fevralda (22 bəhmən) qələbə səhərini üfürdü və İran xalqı qələbə şahidini öz ağuşuna aldı.

Şahlıq rejiminin devrilməsi, 57 illik və zülmkar Pəhləvi hökumətinin süqutu ilə İmam Xomeyni xalqın qətiyyətli səsi ilə İran İslam Respublikasının əsasını qoydu.

11 fevral 1979-cu ildən 4 iyun 1989-cu ilədək inqilaba rəhbərliyi yenə də öz çiyinlərində daşıdı, inqilab və ölkəni təhlükəli hadisələrdə, müxtəlif məkrli planlarda, 8 illik zorla qəbul etdirilmiş müharibədə və sanksiyalarda qoruyub saxladı və rəhbərlik etdi.

İmam Xomeyni hədəf, ideya və çatdırılması lazım olan bütün işləri dedi və bu hədəflərin həyata keçməsi üçün var gücü ilə təlaş etdi. İndi özünü bütün ömrünü Onun razılığını qazanmağa sərf etdiyi, qaməti Ondan başqa heç bir güc qarşısında əymədiyi, gözləri yalnız Onun üçün ağladığı Mütəal Allah ilə görüşə hazırlayırdı.

1968-ci il 3 iyun şənbə günü saat 22: 20 dəqiqə vüsal anı idi. Milyonlarla ürəyi Allah və mənəviyyat nuru ilə diriltmiş bir ürək dayandı.

  • Yazılıb
  • da (də) 2020 Jun 03
  • Göndərən جهان کمالی