Tarix : 2020 Jun 04
Kod 59813

Türkiyə Azərbaycan vətəndaşları üçün viza müddətini 90 günədək uzadıb

Türkiyəyə səfər etmək istəyən Azərbaycan vətəndaşları üçün viza tələbi 90 günə qaldırılıb.

Arannews-Report” xəbər verir ki, bununla bağlı qərarı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan imzalayıb. 

Qərara əsasən, 2020-ci ilin fevralın 25-də Bakıda imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında" saziş təsdiqlənib.

Qərar iyunun 3-də Türkiyənin “Rəsmi qəzeti”ndə dərc edilib.

Qeyd edək ki, əvvəllər Azərbaycan vətəndaşları Türkiyədə 30 gün vizasız qala bilirdilər.  


Türkiyə Azərbaycan vətəndaşları üçün viza müddətini 90 günədək uzadıb
  • Yazılıb
  • da (də) 2020 Jun 04
  • Göndərən جهان کمالی