İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Əli Xamenei İmam Xomeyninin vəfat günü
Arannews-Ayətullah Xamenei sözlərinə görə, ABŞ-da bu gün baş verən hadisələr ABŞ-ın gizli qalmış gerçəklərinin üzə çıxmasıdır: “Polisin qaradərili bir adamın boynunadan dizi ilə basması, həmimn adam ölənə qədər onu sıxması, başqa polislərin bu mənzərəni izləməsi yeni bir məsələ deyil. Bu, ABŞ-ın əxlaqı və təbiətidir. Daha öncə də Əfqanıstan, İraq, Suriya, ondan əvvəl Veytnam kimi bir çox ölkələrə qarşı eyni şəkildə davranmışdılar”.
O, ABŞ əhalisinin bu gün səsləndirdikləri “Nəfəs ala bilmirik” şüarının zülm altında olan bütün xalqların ürəyinin sözü olduğunu deyib: “Əlbəttə, amerikalılar öz davranışları ilə dünyada rüsvay oldular. ABŞ dövlətinin başında oturanların korrupsioner idarəçiliyi nəticəsində korona ilə mübarizədə ortaya çıxan zəif idarəçilik xəstə və ölənlərin digər ölkələrlə müqayisədə bir neçə dəfə artıq olmasına səbəb olmuş, xalqla həyasıcasına davranmaları və törətdikləri cinayətlərə görə üzr istəməmələri, bütün bunlara baxmayaraq, insan hüquqlarından dəm vurmaları onların rüsvyaçılığından xəbər verir. Sanki o qaradərili kişi insan deyildi və hüququ da yox idi”.
Ayətullah Xamenei ABŞ əhalisinin mövcud hökumətləri, ümumiyyətlə, bütün hökumətlərinə görə xəcalət çəkdiklərini qeyd edərək “Bu hadisəyə görə ölkənin daxili və xaricində işləri ABŞ və onun bəzəyini müdafiə etmək olan iranlılar da başlarını qaldıra bilmirlər”, – bildirib.
“Nəfəs ala bilmirik” şüarı məzlumların şüarı idi – Ayətullah Xamenei