Bazərqan gömrük-keçid məntəqəsinin rəisi İranın ən şimal-qərbində yerləşən bu keçid məntəqəsinin yenidən açıldığını xəbər verərək deyib: “Bu strateji gömrük-keçid məntəqəsi 4 iyun səhər saatlarından səhiyyə qayda-qanunlarına riayət etməklə öz fəaliyyətinə başladı.”
Arannews- xəbər verir ki, Bazərqan gömrük-keçid məntəqəsinin rəisi Sadiq Namdar İranın ən şimal-qərbində yerləşən bu gömrük məntəqəsinin 24 saat açıq olduğunu bildirərək deyib: “Bu strateji gömrük-keçid məntəqəsi 4 iyun səhər saatlarından səhiyyə qayda-qanunlarına riayət etməklə öz fəaliyyətinə başladı.”
- Namdar əlavə edib: “Bu gömrük məntəqəsi koronavirusun yayılmasından sonra ölkəmizin digər müştərək sərhədləri kimi bağlanmışdı və 3 aydan sonra bu gün İran və Türkiyə yük maşınlarının gediş-gəlişi üçün icazə verildi.”
Bazərqan gömrük-keçid məntəqəsinin rəisi sərhədin açılmasının yalnız yük maşınlarının gediş-gəlişinə aid olduğuna və turistlərin gediş-gəlişi üçün yaxın günlərdə məlumat veriləcəyini də açıqlayaraq deyib: “Bazərqan sərhədinin açılması ilə eyni zamanda Türkiyənin Gurbulaq gömrüyünün rəisi ilə görüş oldu, səhiyyə protokollarının dəqiq icra olunması, ticarət yüklərinin keçirilməsinin sürətləndirilməsi barədə müzakirə aparıldı.