Uzun illər, əsrlər boyunca ermənilər Azərbaycan torpaqlarını ələ keçirmək, yeraltı və yerüstü sərvətlərinə sahib çıxmaq uğrunda çalışıb, bunun üçün yorulmadan, dayanmadan hərəkət edib, məkrli planlar qurublar. Tarixin müxtəlif dövrlərində bu kimi hal və hərəkətlərlə qarşılaşmışıq. Aparılan araşdırmalar, tədqiqatlar nəticəsində həmin mənfi situasiyalar, yaşadığımız hadisələr təsdiqini tapıb.
Arannews-Rakurs.tv:Bu günlərdə araşdırmaçı jurnalist, dosent Zaur Əliyev ermənilərin məkirli planları barədə daha bir fakt aşkarlayıb.
Söhbət Musa Nağiyev tərəfindən inşa olunmuş binada ermənilərin xəzinə axtarmasından gedir. Zaur Əliyev qeyd edir ki, sözügedən binanın 1908-ci il dekabrın 21 -də binanın təməlqoyma mərasimi keçirilib.
Binanın tikilməsi layihəsinin müəllifi arxitektor Ploşko "İsmaliyyə"nin Azərbaycanın milli ornamentləri ilə bəzədilminə üstünlük verib.
Zaur Əliyevin sözlərinə görə, "İsmailiyyə" binası ictimai məqsədlər üçün tikilən bir bina idi: "Bu o zaman üçün böyük bir hadisə idi ki, ilk dəfə Azərbaycanda ictimai, ədəbi və siyasi təşkilatların fəaliyyət göstərə biləcəyi bina tikilib fəaliyyət göstərirdi. Bina qeyri-adi memarlıq üslubu ilə diqqət çəkir. Belə ki, tikili qotik üslubda inşa edilsə də, Abşeron memarlığına xas elementləri də görmək mümkündür. Musa Nağıyevin İsmaliyyə binasının zirzəmisində xüsusi otağı var idi, orda Nizami Gəncəvidən öncə və sonra Azərbaycanla bağlı əlyazmalar, xəritələr, sənədlər, kitablar yerləşirdi. Nağıyevin kolleksiyasına qədim qılncılar, pullar, xalçalar, əşyalar da daxil idi. Füzuli, Xətai, Nəsimi, Nizami digərlərinin əsərləri, xalq dastanları və digər nadir kitablarla zəngin olan bu kitabxanada ən qədim Quran nümunələri də var idi".
Zaur Əliyev bildirib ki, Bakı bolşeviklər tərəfindən ələ keçirildikdən sonra İsmaliyyənin bir hissəsini 26-lara, Şaumyana, sonra isə rus əsgərlərinə verirlər: "Tarixi mənbələrdə göstərilir ki, rus əsgərləri İsmailiyyəni çox pis vəziyyətə salmışdılar. Hətta orada İsa peyğəmbərin şəklini asmış, şam yandırırdılar. 1918-ci il martın 31-də isə bina ermənilər tərəfindən yandırıldı. Beləliklə də, həmin ildə xalqımızın erməni soyqrımına məruz qaldığı kimi, İsmaliyyə binası da vəhşiliklərin qurbanı oldu. Belə versiyalar irəli sürülür ki, ermənilər binanın bünövrəsinə qızılın qoyulması ilə bağlı xəbərlərə aludə olaraq binanı top atəşinə tutmuşdular. 31 mart soyqırım günü Mikoyanın xüsusi tapşırığı ilə Stepan Şaumyan ona bir dəstə ayırmışdı. Milyonçuların evlərində olan bu kolleksiyaları və xüsusilə Nağıyevə məxsus bütün arxiv və kolleksiya ayrıca toplanırdı. Mənbələrin yazdığına görə Mikoyan zirehli qatara minib Bakını tərk edəndə yanında 5-7 arası iri çanta dolu sənəd və kitab, 12-dən çox əşya dolu iri yeşik var idi. Amma təsəlliverici məqam odur ki, İsmailiyyənin arxivi yandırılsa da, özülünü məhv edə bilmədilər. Ermənilər təkcə binanı yandırmır, həm də binanın üzərində 6 kiloqram olan qızıl hərflərlə yazılmış "İsmailiyyə" sözünü qoparır, sarayı talan edirlər. Azərbaycanda Sovet hakimiyyətinin qurulmasından sonra dağılmış "İsmailiyyə" sarayının uçma təhlükəsi olmasına görə sökülməsinə qərar verilir. Lakin yerli əhali bina qarşısına toplaşaraq, onun sökülməsinə imkan vermir və yalnız bundan sonra sarayın bərpasına başlanılır. Binada bərpa işlərini memar Vartan Sarkisov həyata keçirib. Bərpa zamanı sarayın ümumi plan layihəsi olduğu kimi saxlansa da, fasadında bəzi dəyişiklərə yer verilib, vaxtilə Quran ayələri və hədislərin yer aldığı medalyonlarda beşguşəli qızılı ulduzlar yerləşdirilib. Kiril əlifbası ilə "Azərbaycan SSR Elmlər Akademiyası" sözü hələ də qalmaqdadır".
Zaur Əliyev qeyd edib ki, Bakının yeraltı yollarından biri məhz bu binanın alt hissəsində yerləşirdi: "Sovet dövründə Bakıda bu bina təmir edilən zaman orda çoxsaylı dəyişliklərdən biri də yeraltı yolların bağlanması və dağıdılması idi. Erməni memar Vartan Sarkisov bilərəkdən binanın bu yerlərini silinməsinə çalışımışdır. Binanın yenidən bərpası zamanı tarixi əhəmiyyətli saxsı qablar və yeraltı gizli yol tapılmışdı. Həmin tapıntıların qədim dövrlərə aid tarixi abidənin qalıqları, yeraltı yolun isə "İçərişəhər"ə və ya "Qız Qalası"na gedən gizli yol var idi. Sonradan tikinti şirkəti qazılan ərazinin üzəri torpaqla örtərək, gizlədib".