Arannews-BMT-nin 60-dan çox mütəxəssisi verdiyi müştərək açıqlamada ABŞ etirazlarını hökumətin dəstəyi altındakı mütəşəkkil zorakılığın nəticəsi olaraq xarakterizə etdi.
İTAR-TASS-a istinadən verilən xəbərdə BMT-nin insan hüquqları üzrə 66 mütəxəssisi ABŞ-da davam edən etiraz aksiyalarını hökumətin dəstəyi altında həyata keçirilən mütəşəkkil zorakılığın məhsulu kimi dəyərləndirib.
Amerika xalqının üsyanı hökumətin dəstəyi ilə irqi azlıqlara qarşı zorakılığa yol açan və bu zorakılığın banilərini qoruyan mütəşəkkil irqçiliyə etirazdır.
Dünyanın şahidi olduğu etiraz irqi ayrı-seçkilik və ədalətsizliyin rədd edilməsidir. Bu, Amerikadakı qaradərililər və digər etnik qruplara qarşı ədalətsizliyin nəticəsidir.
BMT ekspertləri irqçi ədəbiyyata söykənən Trampın danışıq tonuna istinad edərək bəyanatda etirazçılara qarşı hərbi qüvvələrdən istifadəyə görə narahatlığını ifadə ediblər.
ABŞ-da etirazlar, təxminən 12 gün əvvəl Minnesota ştatındakı irqçi polis tərəfindən qaradərili Corc Floydun öldürülməsinə cavab olaraq başladı və dərhal digər ştatlara yayıldı.
Prezident Donald Trampın dinc etirazlara sərt reaksiyası insan hüquqları təşkilatlarının tənqidinə səbəb oldu və Vaşinqton beynəlxalq müttəfiqlərinin ictimai təzyiqi altında ehtiyatlı mövqe tutmağa məcbur oldu.