Ötən gün Azərbaycanın işğal altındakı Qarabağ torpaqlarına 3-cü yolun tikintisi barədə anons verildi.
Arannews-Ermənistan KİV-nə istinadən xəbər verir ki, qondarma rejimin yeni rəhbəri Araik Arutunyan Qubadlı rayonu ərazisinə gələrək burada taxıl yığımı prosesinə baxış keçirib.
O, Arazboyu ərazilərin məskunlaşdırılması və Ermənistanla Qarabağın inteqrasiya prosesini sürətləndirmək üçün Qarabağın Xocavənd rayonunun Hadrut qəsəbəsi ilə Zəngəzurun Xınzırək kəndini birləşdirəcək yolun tikiləcəyini anons edib.
Uzunluğu 90 kilometrə yaxın olacaq Xınzırək-Hadrut yolu Azərbaycanın Qubadlı və Zəngilan, Ermənistanın isə Gorus rayonunu ərazilərindən keçəcək. Yolun 2021-ci ilin sonu, 2022-ci ilin əvvəllərində istifadəyə verilməsi nəzərdə tutulur.