Şərqi Azərbaycan Mədəni İrs, Turizm, Əl Sənəti üzrə İdarəsinin müdiri bu əyalətdə muzeylərin, tarixi və mədəni məkanların yayın sonunadək iş saatının dəyişdiyini bildirib.
AranNews-in Şərqi Azərbaycan Mədəni İrs, Turizm, Əl Sənəti üzrə İdarəsinin ictimai əlaqələr bölməsinə istinadla verdiyi xəbərə görə, Əhməd Həmzəzadə deyib: “Tarixi məkanlar və muzeylər 30 may şənbə günündən öz işinə başlayıb və xidmət göstərir. Azərbaycan, Qacar, Məşrutə, Təbriz Göy Məscidi və Culfa Stepanos Monastrı hər gün səhər saat 9-dan axşam 19-dək ziyarətçiləri qəbul edəcək.”
Şərqi Azərbaycan Mədəni İrs, Turizm, Əl Sənəti üzrə İdarəsinin müdiri deyib: “Ümidvarıq ki, hörmətli ziyarətçilər və turistlər muzeyləri və tarixi-mədəni məkanları ziyarət edərkən sosial məsafəyə və səhiyyə protokollarına riayət etməklə bizim işimizə yardım göstərmiş olacaqlar.”