Ölümü ilə dünyanı lərzəyə salan qaradərili Corc Floydun meyitinin üzərində aparılan ekspertiza çox qorxulu bir detalı üzə çıxarıb.
Arannews-ın xarici mediyaya istinadən verdiyi xəbərə görə, ABŞ-ın Minnepolis şəhərində polisin boğaraq öldürdüyü Corc Floyd koronavirusa yoluxsa da bunu özü bilməyib. Onun meyiti üzərində aparılan analizlər zamanı Covid-19 virusu aşkarlanıb.
Əslində Covid -19 virusunun həfətlərlə insan vücudunda səssiz qaldığı bəllidir. Bu virus orqanizmə daxil olarkən özünü tez bir zamanda göstərmir. Lakin dadı və qoxunu hiss etməyəndə artıq bunun koronavirus əlaməti olduğu məlumdur.