Ümum Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin sədri və Şeyxi, Mirtağı Əsədovun DTX-da verdiyi ifadə prosesi başa çatıb.
-Arannews-24News.ge"yə istinadən xəbər verir ki, sorğudan çıxan Əsədov, istintaq başa çatmamış işin detalları ilə bağlı açıqlama verməyəcəyi ilə bağlı sənəd imzaladığını bildirib:
M. Əsədov deyib ki, suallar əsasən bölgədə gedən proseslər, o cümlədən Nəriman Nərimanovun büstü ətrafında gedən hadisələr ilə bağlı olub.
Mirtağı Əsədov sorğu zamanı Marneulidə karantin elan olunanda əhaliyə həm maddi cəhətdən yardım etdiklərini, həm də azərbaycan dilində məlumat verdiklərini bildirib.
M. Əsədov media vasitəsi ilə müraciət edərək, Gürcüstan hər bir ölkə vətəndaşının ana vətəni olduğunu eyni zamanda vətəndaşlar arasında bərabərlik və bərabər hüquqluğun etnik kimliyindən aslı olmayaraq, hər bir ölkə vətəndaşına şamil olunmalı olduğunu bildirib.