Ekspertlərin fikrincə, Amerikada irqçilik əleyhinə aksiyalar ABŞ-ın dağılmasına gətirib çıxarmayacaq, lakin qərbin qüdrətinin tənəzzülə uğraması kimi izah oluna bilər.
AranNews – Bu günlərdə Amerika xalqının etirazlarının davam etməsi və bu ölkədə irqi ayrıseçkiliyə qarşı mübarizənin dərinləşməsi hökumətin dağılması kimi söz-söhbətlər ortaya gətirir. Baxmayaraq ki, ekspertlərin fikrincə, Amerikada irqçilik əleyhinə etirazlar ABŞ-ın dağılmasına gətirib çıxarmayacaq, lakin şübhəsiz, qərb qüdrətinin tənəzzülü kimi izah oluna bilər. Qaradərili Corc Floydun ölümünə etiraz məsələsi Amerika siyasətlərinin tərəfdarları və əleyhdarlarının ABŞ-ın səhv idarəçiliyinə don geyindirə bilməməsinə səbəb olmuşdur, üstəlik tənqidlərə yol açmışdır. Bu gün Rusiya KİV-ləri Mariya Zaxarovanın Amerika siyasətçilərinə qarşı ağır və əsaslı kinayə mahiyyəti daşıyan sözlərini yayınladılar. Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin katibi Amerikada irqçilik əleyhinə aksiyalara işarə edərək deyib: “Onlar öz əkdiklərini biçirlər. Anarxiya və təfriqəçilik əkdilər, bu da qarşılarına çıxdı.”
Zaxarova Amerikanın dünyanın müxtəlif ölkələrini qarışdırmaq üçün illərlə təlaş etməsinə toxunaraq deyib: “Amerika indi digər ölkələrdə izlədiyi həmin əməllərin aqibəti ilə üzləşmişdir; sabitliyi pozmaq və digər ölkələrin daxili ixtilaflardan sui-istifadə etmək kimi əməllər.”
Azərbaycan Respublikasında etirazların ilk günləri KİV-lər bu məsələlərə ciddi yanaşmasa da, sonradan bir sıra medialar etirazlardan söz açdı. “Vektor” Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin sədri Əli İsgəndərov Amerikada baş verən etirazlar barədə qısa açıqlama verərək deyib: “Amerikada etiraz aksiyaları bu ölkənin beynəlxalq mövqeinə ağır zərbə vurdu.”
Politoloq əlavə edib: “Amerikanın qanunları hər hansı ayrıseçkiliyi qadağan etməsinə baxmayaraq, bu ölkənin siyasi həyatında daim irqçilik hökm sürmüşdür və Amerikanın müxtəlif şəhərlərində baş tutan geniş aksiyalar hökumətin bacarıqsızlığının, bu ölkənin cəmiyyətdə anbarlaşmış sosial və psoxoloji problemlərinin nəticəsidir.”
Viktor Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin sədri bildirib ki, Amerika irqçiliyi təkcə bu ölkəyə aid deyil və region ölkələrində də özünü göstərir. Amerikalı hərbçilərin İraq və Suriyada insanları kütləvi qətlə yetirməsi, mədəni və tarixi mərkəzləri dağıtması və bunun məsuliyyətini qəbul etməkdən qaçması bütün həqiqətləri ortaya qoyur.
Qeyd edək ki, Azərbaycan Respublikasında bir çox nəzəriyyəçilər və siyasətçilər Amerikada bu günlərdə baş verən hadisələrə rəsmi münasibət bildirməyib. Çox güman ki, etirazların davam etməsi ilə yaxın günlərdə münasibət bildirməyə məcbur olacaqlar.