Tarix : 2020 Jun 10
Kod 59840

Ermənistanın İrandakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib

Tehran universitetləri tələbələri: Ermənistan Təl-Əvivdə səfirlik açmaq qərarına yenidən baxsın.
Arannews-Tehran universitetlərinin bir qrup tələbəsi Ermənistanın Tehrandakı səfirliyi qarşısında toplaşaraq bu ölkənin hökumətindən işğal edilmiş ərazilərdə səfirlik açmaqla bağlı qərarına yenidən baxmağı tələb edib.
İran Televiziya və Radio İnformasiya Agentliyinin verdiyi xəbərə görə, 30 nəfər tələbə Ermənistanın Tehrandakı səfirliyi qarşısında toplaşaraq bu ölkə dövlətindən tələb ediblər ki, işğal edilmiş ərazilərdə səfirlik açmaq barədə verdiyi qərara yenidən baxsın.
Aksiya iştirakçıları belə bir addımın nəticələrini çatdıran plakatlar qaldırıblar.
Etiraz aksiyasına toplaşan tələbələr İsrailin cinayəti, Amerikanın cinayəti, regionda baş verən cinayətlərin başında Amerika dayanır, İsrailə ölüm, Amerikaya ölüm, İngiltərəyə ölüm məzmunlu şüarlar səsləndiriblər.
Aksiya iştirakçıları sionist rejim bayrağını yandırıblar və sonda Ermənistan hökumətinin işğal edilmiş ərazilərdə səfirlik açmaq qərarını pisləyən bəyanat oxunub.
Bəyanatda deyilir:
Dünya xalqlarının bir tərəfdən şübhəli koronavirusa düçar olduğu və ölümlə çarpışdığı, digər tərəfdən də Amerikada irqçilik problemləri və Yəməndə günahsız insanların qətliamının davam etməsinin azad insanları və oyaq vicdanları narahat etdiyi hazırkı şəraitdə qəsbkar və uşaq qatili olan sionist rejim Fələstin müsəlman xalqı əleyhinə ciayətlərinə paralel olaraq dünyanın mühüm və strateji yerlərində, o cümlədən Cənubi Qafqaz regionunda öz qanunsuz nüfuzunu genişləndirməyə səy edir. Buna görə də bir neçə vaxtdır ki, terrorçu Trampın dəstəyi ilə İran İslam Respublikasının qonşuluğunda Ermənistan dövləti ilə münasibətləri möhkəmləndirməyə təlaş göstərir.
Ermənistan dövlətinin işğal edimiş Fələstində rəsmi səfirlik açmaq və sionist rejimə səfir təyin etmək barədəki qərarı da bu istiqamətdə baş tutmuşdur. Bu əsassız qərar İran xalqının, xüsusilə də ölkəmizdə yaşayan ermənilərin, habelə İran hökumətinin əsas orqanları, o cümlədən xarici siyasət aparatı və İslami Şura Məclisinin ciddi və açıq etirazı ilə qarşılaşmışdır. Bu üzdən gözlənti odur ki, Ermənistan hökuməti sözügedən qərarı təxirə saldığı kimi onu birdəfəlik ləğv etdiyini elan etsin.
Sözsüz, Ermənistan baş naziri Nikol Paşinyanın fəaliyyəti onun təzə hakimiyyətə gəlmiş və çoxlu müxalifi olan hökuməti üçün önəmli və həlledici sınaq sayılır. İşğal edilmiş Fələstinə səfir göndərmək həqiqətdə İslam ümmətinin əsas ideyası olan Fələstinə xəyanət hesab olunur.
Hamı bilməlidir ki, İran İslam Respublikası və İslami müqavimət cəbhəsi işğal edilmiş Fələstində Amerika paytaxtının Təl-Əvivdən Beytül-Müqəddəsə köçürülməsi və general Süleymaninin şəhadətindən sonra Fələstin ideyasını Qüds şəhidlərinin simvolu kimi qəbul etmişdir və Fələstinə qarşı ən kiçik xəyanət addımını heç bir ölkəyə, xüsusilə də qonşularına bağışlamayacaq.
Sonda vurğulayırıq ki, İran İslam Respublikasının İslam dünyasının əsas düşməni sayılan sionist rejimi qarşısındakı məntiqi və prinsipial siyasəti dəyişməzdir, İranın qonşularında sionist rejimin hüzur və nüfuznun artması üçün hər hansı addım düşmənçilik sayılır və xarici siyasət sahəsindəki əsaslı qərarlarda təsir qoyacaq.

  • Yazılıb
  • da (də) 2020 Jun 10
  • Göndərən جهان کمالی