Tarix : 2020 Jun 10
Kod 59842

İran Venesuelaya tibbi yardım göndərdi

İran Cənubi Amerikaya ölkəsinə Corona virusuna qarşı mübarizədə dəstək məqsədi ilə təyyarə dolu yardım göndərdi.
Arannews- skynewsarabia-ya istinadən xəbər verir ki, bu barədə Venesuela höküməti məlumat yayıb.
Planlaşdırma naziri Rikardo Menendezin dövlət televiziyas ilə verdiyi açıqlamasına görə hazırda qəbul etdikləri müxtəlif növ ləvazimatlar əsasən virusun təsbit edilməsi üçün lazımı materialllardır.
Mənbənin xəbərinə görə İranın Venesueladakı səfiri Höccətullah Sultani də  Coronavirus ilə mübarizədə dəstək üçün Venesuelaya bu avadanlıqların göndərildiyini təsdiqləyib.
Xatırladaq ki, hər iki ölkənin ABŞ sanksiyaları ilə təhdid olunmasına baxmayaraq İran cari ayın əvvəlində Venesuelaya 5 tanker yanacaq da göndərmişdi.
  • Yazılıb
  • da (də) 2020 Jun 10
  • Göndərən جهان کمالی